Bia.Az

Sərhəddə vəziyyət necədir? – Son məlumat

Siyasət
 13-05-2023, 12:40     249

Ötən gecə sərhəddə vəziyyət nisbi sakit olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN-in yaydığı məlumatda iddia edilib.

Bildirilir ki, saat 8:00-a olan məlumata görə, Zod istiqamətində 3 gündür davam edən toqquşma ərazisində vəziyyət stabilləşib.

Qeyd edək ki, Azərbaycan MN hələlik vəziyyətlə bağlı rəsmi məlumat yaymayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonundan Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqelərinə qarşı 10 maydan başlayaraq, təxribatçı hücumlar edirlər. Aradan keçən müddətdə bu təxribatlarda minaatanlar, PUA-lar və digər silahlardan da istifadə edilib. Təxribatlar nəticəsində 2 əsgərimiz şəhid olub, bir əsgərimiz yaralanıb.

Ordumuzun cavab tədbirləri nəticəsində isə Ermənistan MN 1 əsgərinin öldüyünü, 6-nın yaralandığını açıqlayıb.скачать dle 12.1