Bia.Az

SON DƏQİQƏ: Gözlər Əliyevlə Paşinyan görüşü və kritik Türkiyə seçkisində - sabah nələr olacaq? CANLI

Gündəm
 13-05-2023, 12:16     277

Mayın 11-də Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının mərkəzi ofisində partiyanın fəal üzvləri ilə ənənəvi həftəlik toplantı keçirib.

Publika.az Ermənistan mediasına istinadla bildirir ki, budəfəki gündəm mövzuları Ermənistanın təhlükəsizliyi və xarici siyasi proseslər olub. İclasda xarici işlər naziri Ararat Mirzoyan və icra hakimiyyətinin digər üzvləri də iştirak ediblər.

Mayın əvvəlində Vaşinqtonda aparılan danışıqlarla bağlı toplaşanlara hesabat təqdim olunub və mahiyyətcə bunun danışıqların növbəti raundu kimi təqdim oluna biləcəyi ifadə edilib. Görüşdə, masaya yeni tələblərin qoyulmadığı bildirilib.

Ona görə də, bütün bunları nəzərə alsaq, Brüsseldə keçiriləcək üçtərəfli formatdan böyük gözləntilər yoxdur.

Nikol Paşinyan mayın 9-da Qələbə günü tədbirlərində iştirak etmək üçün Moskvaya getməsi, Qərbin və qərbpərəstlərin hədəfinə çevrilməsi ilə bağlı ona ünvanlanan ittihamlara da toxunub.

Xatırladaq ki, Ukrayna, hadisədən bir neçə saat sonra 7 MDB ölkəsinin liderinin Moskvada Qələbə bayramında iştirakını “əxlaqsız və qeyr-dost” addım kimi qiymətləndirmişdi. Nikol Paşinyan Ermənistanın həyati maraqlarından irəli gələn düzgün qərar verdiyini söyləyib.

O bildirib ki, paradda iştirak etməsəydi, Ermənistanın regiondakı durumu təhlükəli macəra alardı. Üstəlik, Paşinyan daha da irəli gedərək qeyd edib ki, Rusiya Ukraynada uğursuzluğa düçar olarsa, Ermənistanın başına nə gələ biləcəyini təsəvvür etmək istəmir. O qeyd edib ki, Ermənistan müstəqilliyini itirə bilər ki, bu da yüz il əvvəlki tarixi hadisələrin təkrarı olar. Paşinyan Türkiyə-Azərbaycan tandemi ilə təkbaşına üz-üzə gələ bilməyəcəklərini də deyib.

O, əvvəlki görüşdə dediyi fikri bir daha təkrarlayıb: Əsas məqsəd yaxın iki ərzində Ermənistanın dövlət kimi dağılmasının qarşısını almaqdır.

O, İrəvanda terrorçulara ucaldılan “Nemezis” heykəli barədə də danışıb və abidənin indiki vaxtda qoyulmasının məqsədəuyğun olmadığını bir daha təsdiqləyib. Bildirib ki, onun bundan xəbəri yoxdur, bu məsələ parlamentdə müzakirə olunmayıb. Lakin o, heykəlin söküləcəyi haqda birmənalı fikir bildirməkdən yayınıb.

TVMusavat-ın saat 11:30-da canlı efirində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla Brüssel görüşü və Türkiyə seçkisi haqda söhbətləşir.

Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
 
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/channel/UCtvU8QAYnxFG
 скачать dle 12.1