Bia.Az

“Ərdoğan sehrbazdır, papaqdan nə çıxaracağı bəlli deyil” - İsrailli analitik

Dünya
 11-05-2023, 19:49     185

Mayın 14-də Türkiyə keçiriləcək seçkilər dünya mətbuatının gündəmindən düşmür.

Teleqraf.com xəbər verir ki, İsrailin “Haaretz” qəzeti də qardaş ölkədəki gəlişmələrə diqqət çəkib.

Nəşrin fikrincə, iqtisadi çətinliklərə baxmayaraq, türklərin əksəriyyəti Prezident Rəcəb Tayyib Ərdoğandan başqa alternativ görmür.

Ərdoğanın hakimiyyətdə olduğu müddətə diqqət çəkilən məqalədə qeyd edilib: “Türkiyənin ən uzun müddət xidmət edən lideri hələ də hakimiyyəti əlində saxlayır”.

Türkiyə liderinin seçki kampaniyasındakı uğurlu çıxışına diqqət çəkən müəllif Zvi Bar Ərdoğanı sehrbazla müqayisə edib.


“Ərdoğanın son anda papaqdan nə çıxara biləcəyinə göstərilən maraq əbəs deyil. Çərşənbə axşamı dövlət qulluqçularının maaşlarını 45 faiz artırmaq qərarına gəldiyini açıqlayıb”, - Bar bildirib.скачать dle 12.1