Bia.Az

Bugünkü toqquşmalar harada baş verib? - XƏRİTƏ

---
 11-05-2023, 11:30     135

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Hazırda nisbi sakitlikdir. Buna baxmayaraq ordumuz cavab tədbirləri görür.

Musavat.com toqquşmanın baş verdiyi ərazisinin xəritəsini əldə edib. Həmin xəritəni təqdim edirik:
Xatırladaq ki, ermənilərin təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Mahmudlu başından ağır yaralanıb.

Ermənistan ordusunun təxribatının qarşısı Azərbaycan ordusunun bölmələri tərəfindən qətiyyətlə alınıb. Qarşı tərəfdə 4 yaralı var. Yaralılardan 2-nin vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Ölənlər barədə məlumat açıqlanmır.

Musavat.comскачать dle 12.1