Bia.Az

Füzuli Quliyev dövlət vəsaitlərini necə mənimsəyir?-FAKT

Fakt
 11-05-2023, 02:28     420

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 37 saylı Beyləqan Yol İdarəsi ilə bağlı saytımıza daxil olan məlumatda bildirilir ki, idarə müdiri Füzuli Quliyev bu qurumu artıq şəxsi obyektinə çevirib.

BİA.az "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, hazırda 37 saylı Yol istismar İdarəsində baş verənlərlə bağlı AAYD rəhbərliyi yaxud hüquq mühafizə orqanları araşdırma apararlarsa ortaya ciddi korrupsiya faktları çıxar. Məlumata görə hazırda 37 saylı Yol İstismar İdarəsində 86 nəfərin adı işçi keçsədə, cəmi 50 nəfər işə gəlir. Yerdə qalan 46 nəfərin isə sadəcə əmək haqqı cədvəlində adları mövcuddur.

Bu isə o anlama gəlir ki, adı olub özü olmayan 46 nəfər işçinin əmək haqqları Füzuli Quliyevin cibinə gedir. Saytımıza verilən məlumatda bildirilir ki, Füzuli Quliyev məhz adı olub özü olmayan işçilərin hesabına hər ay dövlətə 20-23 min manat arası ziyan vurur. Belə ki, adı olub özü olmayan işçilərə yazılan əmək haqqları, hazırda hər gün işə çıxan işçilərdən maaşlarından iki dəfə artıqdır.

Yəni hər gün idarənin müxtəlif işinə çıxan işçilər ayda 300-350 manat, sənəddəki "ölü canlar" isə 600 - 700 manat əmək haqqı alırlar. Hər ay ölü canlar hesabına 20-23 min manat qazanan Füzuli Quliyev bununla doymayaraq, AAYD tərəfindən ayrılan yanacaq-sürtgü vəsaitlərinidə müxtəlif işlərin görülməsi adı ilə silərək mənimsəyir. Bu vəsaitin isə ay ərazində 6-9 min manat olduğu deyilir.

İdarə müdiri Füzuli Quliyevin digər qazancı isə 37 saylı Yol istismar idarəsinin texnikalarını müxtəlif özəl şirkətlərə icarəyə verməsidir. Avtomobil Yolları Dövlət Agentliyindən yolların təmiri üçün ayrılan bitum matrealı isə Füzuli Quliyev tərəfindən özəl işlərə sərf edilir. İdarə müdirinin işçiləri özəl işlərdə işlədərək onlara qəpik-quruş verdiyi bildirilir.

Füzuli Quliyevin Bakıda 4 ədəd dəbdəbəli mənzili, Qəbələ və Quba rayonlarında evlərinin, həmçinin paytaxtda kiçik obyektinin, eyni zamanda 2 ədəd xarici avtomobilinin olduğu deyilir. Bundan başqa Füzuli Quliyevin oğlunu müxtəlif vasitələr hesabına hüquq mühafizə sisteminə işə düzəltdiyini deyə bilərik.скачать dle 12.1