Bia.Az

İsgəndəryan: Azərbaycan tələsir, çünki Rusiya ağır vəziyyətdədir

Siyasət
 11-05-2023, 01:53     221

Azərbaycan tələsir, çünki ortada Rusiyaya təzyiq oluna biləcək bir vəziyyət var.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr İskəndəryan danışıb. İsgəndəryanın fikrincə, Ukrayna müharibəsi Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətə çox ciddi təsir göstərir.


Onun sözlərinə görə, vəziyyət təxminən indiki kimi qalsa, Azərbaycan Rusiyanın qırmızı xətlərinə basmaq hesabına təzyiq göstərməyə davam edəcək.


“Mən yaxın gələcəkdə Azərbayanla Ermənistan arasında hər hansı saziş imzalanacağını düşünmürəm. Yaxın vaxtlarda nəsə imzalansa, bunun heç bir əhəmiyyəti olacağını da fikirləşmirəm. Hətta ABŞ-da belə “çərçivə sazişi” deyil, “çərçivə sazişi haqqında anlaşma” imzalancaqdı ki, bu da özündə hansısa prinsipləri özündə əks etdirən anlaşmadan başqa bir şey olmayacaqdı. Ermənistanın bazarlıq edəcəyi heç nəyi yoxdur. Danışıqlar güzəştdir və Ermənistanın güzəştə gedəcək heç nəyi yoxdur. Azərbaycan konsensus tapmağı təklif etmir, ultimatum qoyur. Ermənistan bəziləri ilə razılaşa bilər, bəziləri ilə yox. Bu, Ermənistana təzyiq formalarından biridir və mən istər sülh müqaviləsi, istərsə də müqaviləsiz rəsmi Bakının bu təzyiqi dayandırması üçün heç bir əsas görmürəm”,-deyə erməni politoloq qeyd edib.скачать dle 12.1