Bia.Az

Talıbovların Heydər Əliyev sevgisinə nə oldu? – Yubileyə qatılmadılar

Cəmiyyət
 10-05-2023, 14:19     204

Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən təntənəli mərasimlərə qatılmayıb.

Talıbov dünən və bu gün ictimaiyyət arasında görünməyib, Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini də ziyarət etməyib. Mənbə xatırladır ki, V.Talıbov vəzifədə olduğu illərdə hər il mayın 10-da Bakıya gələr, Fəxri Xiyabanda mərhum prezidentin məzarını ziyarət edərdi. Amma o bu il Bakıya da gəlməyib.

Məlumatda daha sonra qeyd olunur ki, V.Talıbovun deputat oğlu Seymur Talıbov da Heydər Əliyevin yüz illik yubileyi ilə bağlı tədbirlərə qatılmayıb.

Mənbə xatırladır ki, o Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi hər ilin may ayında Naxçıvanda Ümumilli Liderin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri düzənləyirdi. Talıbov bu il ənənəsini pozmalı olub./Azpolitika.info/скачать dle 12.1