Bia.Az

İrəvanda sülənən Qazaryan və başının dəstəsi Qarabağa hansı yolla qayıdacaq?

Cəmiyyət
 10-05-2023, 13:26     180

Qarabağdakı separatçı rejimin oyuncaq “xarici işlər naziri” Sergey Qazaryan hələ də Ermənistan küçələrində sülənir.

 Ötən həftə daşnaqlarla və Fransadan gələn ermənipərəst nümayəndə heyəti ilə görüşüb, səy-səy danışan Qazaryan mayın 9-da “artsaxın hakimiyyət orqanları və xalqı adından” (?!-M.) İrəvandakı Yerablur hərbi panteonuna əklil və gül dəstələri qoyub.

Bildirilir ki, separatçıların Ermənistandakı qondarma “daimi nümayəndəliyi”nin əməkdaşları da Yerablurda olublar. Yayılan xəbərdə sərsəmləmələrin davamında deyilir: “Artsaxın 150 günlük blokadası səbəbindən Yerablurda dəfn edilən Artsax sakinlərinin yaxınları öz qohumlarının məzarlarını ziyarət etmək imkanından məhrumdurlar. Bu gün orada əlavə təmizlik işləri aparılıb, köhnəlmiş bayraqlar da dəyişdirilib”.


P.S. Maraqlıdır, Qazaryan və onun dəstəsi Xankəndiyə qayıtmağı düşünürmü, yaxud geri qayıdarkən hansı yolla gələcəklər?
Şübhə etmirik ki, separatçılar “Qızıl Xaç”ın və ya rus hərbçilərin avtomobillərində arvad paltarında, qrimlənmiş halda olsalar da, Laçın yolunun girişindəki sərhəd-nəzarət postunda qəhrəman sərhədçilərimiz tərəfindən aşkarlanacaq və  qandallanacaq./Musavat.com/скачать dle 12.1