Bia.Az

Elşad Miridən ŞOK açıqlama - “Bu, Allaha şirk qoşmaqdır”

Cəmiyyət
 10-05-2023, 01:27     191

Əmirəl-mömin, yəni imam Əlini bu gün digər imamlardan fərqləndirən insanlar kifayət qədər çoxdur. Kimisi onun adına and içib, bir işə başlamazdan əvvəl onun adını çəkib işə başlayır, kimiləri isə çətin bir vəziyyətə düşdükdə onun adını çəkərək ondan kömək istəyir.

Bəs həzrəti Əlinin adını çəkərək ondan kömək istəmək və ya onu peyğəmbər səviyyəsində görmək düzgündürmü?
Bu barədə Referans.az-a danışan ilahiyyatçı alim Elşad Miri bildirib ki, ölmüş bir insana inanıb ona ibadət edənlərdən avam heçkim ola bilməz və bu Allaha şirk qoşmaqdır:
“Allahın insanlara doğru yolu göstərməsi üçün göndərdiyi sonuncu kitab Qurandır. Quranın asan və başa düşülən bir kitab olduğunu onu göndərən həmin kitabın ayələrində dəfələrlə buyurub. Lakin bu gün bəzi dırnaqarası ilahiyyatçıların Quranın bəzi ayələrini səhv tərcümə etməsi və bəzi insanların insan cildindən çıxarılaraq ilahiləşdirilməsinin şahidi oluruq. Bu cür yanlışlar bəzən müsəlmanlar, daha doğrusu müxtəlif quruplara ayrılanlar arasında ixtişaşın dərinləşməsinə, dinsizlərin yanında isə lağ preqmentinə çevrilməsinə səbəb olur. İnsanların çoxunun bu gün istifadə etdiyi bir söz var ki, “Allah Məhəmməd, ya Əli” deyilməsi. Ümumiyyətlə ya Əli, yəni ey Əli dedikdə peyğəmbərin kürəkəni olan imam Əli onları eşidirmi görəsən? yəni onlar heç bircə dəfə də olsa, özlərinə bu sualı veribmi. Təbii ki, verməyiblər. Ey Əli demək, ondan nə isə istəmək, köməyə ehtiyacı olan zaman insanların ondan kömək unması, imam Əlini Allah səviyyəsinə qaldırmaq deməkdir. Bu da islam dinində ən böyük günah olan şirk qoşmaqdır, yəni Allaha ortaq qoşmaqdır. Bu gün bəzi insanların tanrılaşdırdığı imam Əli əslində bizim kimi bir insan olub. Bəlkə onun hər hansısa bir ilahi gücü olub biz bilmirik, olubsa desinlər biz də bilək. Təbii ki, olmayıb. Bu gün ilahiləşdirilən və tanrı səviyyəsinə qaldırılan hər bir şəxs normal bir insan olub. Sadəcə cahil insanlar onları bir tanrı kimi görür və ilahiləşdirir. Çox təssüf ki, biz hər hansısa bir insanın ilahiləşdirilməsinə və ya ona ibadət edilməsinə tez-tez rast gəlirik. Bu həqiqətən də, bizim cəmiyyətdə birmənalı qarşılanacaq bir durum deyil və cahilliyin bir nömrəli simvoludur”.скачать dle 12.1