Bia.Az

Həkimlərimiz niyə "vaxtsız" ölür və ya öldürülür?

Cəmiyyət
 10-05-2023, 01:25     197

Son zamanlar ölkəmizdə öz sahəsində peşəkar və kifayət qədər tanınmış həkimlərin qətlə yetirilməsi və ya həyatına qəsd etməsi ilə bağlı məlumatlara rast gəlirik.

Ötən ilin iyun ayında tanınmış həkim-ginekoloq Xalidə Kəngərlinin, iyulunda həkim-terapevt Mirzadə Cabbarovanın, avqustunda stomatoloq Müşfiq Bağırovun, oktyabrında həkim-onkoloq Rüstəm Maqsudov, bu ilin yanvarında xəstəxananın şöbə müdiri Bəyaz Cabbarovun və son olaraq bir neçə gün əvvəl tanınmış plastik cərrah Türkan Gündüzün ölümü...
Bir qisim yaxşı mövqe və prestijli peşənin xoşbəxt olmaq üçün kifayət etdiyini düşünür, bir qisim isə karyersında uğurlu olan insanların həyatının faciəvi şəkildə bitməsini anlamaqda çətinlik çəkir.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan psixoterapevt Ramil Nəcəfli bildirib ki, bir sıra peşələrin insanları ətrafındakılara müsbət görüntü versə də, şəxsi həyatları ilə məşğul olmağı unudurlar:
“Bizdə insanlar kənardakı insanlara işləyirlər, özlərini göstərirlər, amma öz həyatlarının öhdəsindən gələ bilmirlər. Sonda da belə olur. Yəni kənardan baxanda şöhrət, reklam, tanıtım yaxşı gedir. Görünür ki, onun yaxşı işi, karyerası var. Amma belə insanlar “mənə nə lazımdır?”, “ehtiyaclarım nələrdir?”, “bu həyatdan özüm üçün nə istəyirəm?”, “öz həyatımı nizama salım” demirlər. Hər şey sadəcə kənardakıların zövqünə hesablanıb və sanki onlarla ayaqlaşmaq məqsədi daşıyır.
Yəni “özüm nə istəyirəm” , “xoşbəxtəmmi”, “həyatımda hər şey qaydasındadırmı” kimi sualların üzərində işləmirlər. Baxırsan ki, adam iş-gücünə gedir, hər şey yaxşıdır, amma evinə gələndə məlum olur ki, həyatı başdan ayağa kabusdur.
Təəssüf ki, təkcə həkimlər yox, publikaya işləyən digər sahələrdə də bir növ hamı özünü unudur. Ona görə də şəxsi həyatı faciəli olur. Kimisini öldürürlər, kimisi öz-özünü öldürür. Bizim xəbərimiz olmur ki, onlar əslində, öz həyatlarıdan beziblər”.
Psixoterapevt cəmiyyətdə özünə yaxşı yer tutmuş, karyera qurmuş şəxslərin hesablaşmalı olduğu insanların sonradan onların ölümünə səbəb olduğunu söyləyib:
“Özünü öldürənlərin bir çoxunun hesablaşmalı olduqları adamlar var. Yəni onların kabusu həmin adamlardır. Deyək ki, bir nəfər hansısa bir həkimi təhsilində irəli getməsində dəstəkləyir. Həmin həkim uğur qazananda ona dəstək olanlar artıq onun müstəqiliyini, azadlığını həzm edə bilmirlər. Kömək edənlər qarşılıq umduqlarına görə və gözlədiyini ala bilmədiyinə görə, tərəflər “kəllə-kəlləyə” gəlirlər. Karyera sahibi insanların pulu nə qədər olsa da, onları o həddə gətirib çatdıranlara gücləri çatmır. Nəticədə əvvəllərdə dəstək verənlər sonra həmin şəxslərin qatilinə, ya da mənəvi qatilinə çevrilir”, - deyə o əlavə edib.скачать dle 12.1