Bia.Az

Separatçılarla ruslar toqquşdu: Lentsov qəzəbləndi

Siyasət
 9-05-2023, 16:27     284

Rusiya sülhməramlı kontingentinin rəhbərliyi, xüsusən general Lentsov separatçı rejimin bəzi “vəzifəlilərinin” iştirakı ilə Qarabağda anti-Rusiya əhvali-ruhiyyəsinin formalaşdırılmasına görə qəzəblənib.

Axar.az Globalinfo.az-a istnadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Xüsusilə “dövlət naziri” Qurgen Nersisyanın Aleksandr Lentsovun Bakıda Azərbaycan tərəfi ilə razılıq əldə etmədiyinə dair “bəyanatının” ruslarda təəccüb yaratdığı vurğulanıb:

“Mənbələrimiz deyir ki, separatçı rejimdəki bəzi dairələr də Nersisyanın bazar günü tələsik açıqlama verməsindən təəccübləniblər. Onlar hesab edirlər ki, qondarma rejimin “rəhbərliyini” Nikol Paşinyan idarə edir və o, Rusiyanın Qarabağdakı rolunun sıfır olduğunu göstərməyə çalışır”.


Mənbə həmçinin bildirib ki, Lentsov Bakıdan qayıtdıqdan sonra separatçılara Azərbaycan paytaxtına səfərinə böyük ümid bağlamamaları gərəkdiyini deyib.скачать dle 12.1