Bia.Az

İstanbulda KRİTİK ZİRVƏ - Tarix məlum oldu

Dünya
 9-05-2023, 16:20     177

Rusiya Taxıl Dəhlizi Sazişinin uzadılıb-uzadılmaması ilə bağlı görüşün yerini və tarixini açıqlayıb.


Musavat.com xəbər verir ki, Taxıl Dəhlizi Sazişi üzrə dördtərəfli görüş mayın 10-11-də İstanbulda keçiriləcək.

Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal ərzaq böhranının qarşısını almaq üçün Türkiyənin təşəbbüsləri ilə Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında ötən ilin iyul ayında İstanbulda imzalanan Taxıl Dəhlizi Sazişi sonuncu dəfə mart ayında 2 ay müddətinə uzadılıb.

Daha əvvəl 120 günlük razılaşmaları təsdiqləyən Rusiya bu dəfə müddəti yarıya endirərək, şərtlər yerinə yetirilmədiyi təqdirdə geri çəkiləcəyi mesajını verib.скачать dle 12.1