Bia.Az

"Ümidvarıq ki, ciddi tədbir görüləcək" - İntiqam Zamanovun intihar etməsilə baglı istintaq işindən ŞİKAYƏT

Cəmiyyət
 9-05-2023, 14:57     632

Xəbər vermişdik ki, bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır.

BİA.az-a müraciət edən Lacın qacqını, hazırda Ağcəbədi rayonu, Ağabəyli kəndində məskunlaşan mərhumun bacısı oglu Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum Zamanov İntiqam Binnət oğlu onun övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyant tərəfindən təzyiqlərə məruz qalaraq evdən qovulub, evi əlindən alınaraq satılıb, həmçinin şərlənərək küçəyə atılmışdı.

Bununla bağlı, Zamanov İntiqam Binnət oğlu 14.11.2011-ci il tarixində SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində olmuş, verlişdən çıxandan sonra bacısı İsmayılova Diləfuruza zəng edərək haqsızlığa dözə bilmədiyini bildirərək telefonu söndürmüşdür.

28.02.2023-cü il tarixdə Zamanov İntiqam Binnət oğlu intihar etmiş və cibindən tapılan məktubda övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyanta görə intihar etdiyini yazmışdır.

Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum dayısı İntiqam Zamanovun intihar etməsindən iki aydan cox vaxt kecməsinə baxmayaraq mərhumun ölüm işinin açılmasına müxtəlif maniələr və müdaxilələr göstərilir, ölüm işinin isti izlərlə acılması müxtəlif vasitələrlə ört-basdır edilir:

"Bildirmək istəyirəm ki, bir qrup şəxs rəhmətlik dayımın ailəsi və oğlanları tərəfindən intihara məruz qalmasnıı cani-dildən baglamaga calışırlar. Bu barədə aidiyyatı qrumlara şikayət etsək də dayımın ölümündən iki aydan cox vaxt kecməsinə baxmayaraq  istintaq işi süründürülür. Ortada söhbət gəzir ki, işi aparan Suraxanı rayon prokurorlugun müstəntiqi Tamerlan müəllim yüksək rüşvət qaşılıgında mərhumun ölümünü ört-basdır edəcək. Bu işdə Suraxanı Rayon prakuroru Rəşid Mahmudovla Bakı şəhər prakrorluğunda isdintaq şöbəsinin rəisi Vuqar Nəsibovun adları hallanır. Bunu qohumlar arasında yayan mərhumun qardaşı Sərvərdir. Biz bununla baglı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olduq. Fuad müllimin gösdərişi əsasında Azərbaycan Resbubilkasının Baş Prakrorluğu bu ölüm işini nəzarətə götürdü. Biz əminliklə gözləyirik ki, ədalətli qanun çıxarılacaq və Suraxanı rayon Prakrorluğunda olan qanunsuzluqlarla bağlı ciddi tədbir görüləcəkdir."

BİA.az
скачать dle 12.1