Bia.Az

Cavanşir Feyziyev Əli Həsənovun yadigarıdır... - Müraciət...

Fakt
 21-04-2020, 11:00     649

Cavanşir Feyziyev Əli Həsənovun yadigarıdır... - Müraciət...Son günlər PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun vəzifə başında qalan əməkdaşları ilə bağlı intensiv məlumatlar yayılmaqadır. Bu xüsusda bia.az-a maraqlı bir müraciət də daxil olub.

Redaksiyamıza daxil olan müraciətdə Şəki sakinlərindən biri (adının çəkilməsini istəmir -red.) yazır:

"Bizim deputat Cavanşir Feyziyevdən keçən həftə yazı yazıldı. Amma az yazılmışdı. Deyilirdi ki, o, bu koronavirus günlərində camaata yardım eləmir.

Eləmiyəcək də. Çünki başqa bir ideyaya qulluq eləyir. Cavanşir Feyziyev parlamentə Prezident Administrasiyasının keçmiş akulalarından olan Əli Həsənovun sayəsində düşmüşdü. İndiki seçkilərdə də ilişib qaldı. Əli Həsənovun yadigarıdır.

Belə günlərdə Əli Həsənovun kadrlarından xeyir ummaq olmaz".

Şəki sakini müraciətini belə bititir:

"Cavanşir Feyziyevə bu yaxınlarda kömək üçün müraciət də olunub. Daş atıb başını tutub ki, onun da durumu ağırdır. Əsas pulu seçkilərdə çıxıb. Əli Həsənov tay yoxdur, bəs pulunu kimə verib? Görünür, Əli Həsənov pulu ondan qabaqcadan alıb".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...скачать dle 12.1