Bia.Az

Armen Qriqoryandan əcaib “Nemesis” açıqlaması

Siyasət
 9-05-2023, 13:17     229

İrəvanda "Nemesis" abidəsinin ucaldılması Ermənistanın daxili işidir və heç kimin müdaxilə etmək hüququ yoxdur.

Musavat.com bildirir ki, belə bir iddia ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib. 


Terrorçulara abidə qoyduğuna görə Türkiyəni qəzəbləndirən ölkənin rəsmisi iddia edib ki, Ankara ilə münasibətlər məsələsində İrəvanın mövqeyi dəyişməz olaraq qalır. “Münasibətlərin nizamlanması ilkin şərt olmadan baş tutmalıdır”-Armen Qriqoryan Türkiyə xarici işlər nazirinin bəyanatını jurnalistlərə şərh edərkən bildirib.

Qeyd edək ki, sözügedən abidənin qoyulmasından sonra Türkiyə hava məkanını Ermənistanın üzünə bağlayıb.
скачать dle 12.1