Bia.Az

Dünyanın istənilən yerində rusları öldürəcəyik - Budanov

Dünya
 8-05-2023, 11:31     169

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "Yahoo News" portalına müsahibəsində Ukraynanın bütün dünyada rusları öldürəcəyini bildirib.

Belə bir bəyanatla Budanov rus filosofu Aleksandr Duqinin qızı Dariyanın ölümündə Ukrayna xüsusi xidmət orqanlarının əli olması ilə bağlı ittihamları şərh edərkən bildirib.

"Mən bu məsələni belə şərh edə bilərəm: biz rusları öldürmüşük və Ukrayna tam qələbə çalana qədər dünyanın istənilən yerində öldürməyə davam edəcəyik", - o vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin avqustunda Moskva vilayətində rusiyalı jurnalist Daria Duqinanın olduğu avtomobil partladılmışdı. Daha sonra FSB əməkdaşları bu terror aktının arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını bildirdilər.//Publika.az скачать dle 12.1