Bia.Az

SON DƏQİQƏ! Polis bu qızı axtarır – FOTO

Cəmiyyət
 6-05-2023, 17:47     576

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onun boyu təxminən 1 metr 60 sm-dir. Orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır.
Evdən çıxarkən əynində boz rəngli gödəkçə, qara rəngli cins şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102-Zəng Mərkəzi”nə, həmçinin Pirallahı Rayon Polis İdarəsinə (012) 457-02-02 şəhər və (050) 670-08-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


скачать dle 12.1