Bia.Az

“Qarabağdakı ermənilərin həmin məlumatları Azərbaycana ötürülə bilər” - ŞOK AÇIQLAMA

Siyasət
 6-05-2023, 16:09     283

“Hraparak”ın məlumatına görə, son günlər Qarabağdakı qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Samvel Babayan aktivləşib.

Belə ki, Babayan srağagün Xankəndidə “Mədəniyyət evində” etiraz aksiyası təşkil edib. O, aksiya zamanı yaranmış situasiyaya görə qondarma rejimin keçmiş və indiki liderlərini ittiham edib. Babayanın etiraz aksiyası Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri Aleksandr Lentsovun Bakıya səfəri zamanı gerçəkləşib.

Babayan Qarabağda Azərbaycan əleyhinə imza toplanmasının heç bir nəticə verməyəcəyini söyləyib. 

Samvel Babayanın əl-qol açması nəyə hesablanıb? Babayanın etiraz aksiyası niyə məhz Lentsovun Bakıya səfəri zamanı gerçəkləşib? Qarabağda Azərbaycan əleyhinə imza toplanması nəticə verə bilərmi?


Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, əslində Babayanın Araiklə müəyyən dərəcədə münasibətləri var.

aziz.jpeg (273 KB)
Siyasi şərhçi vurğulayıb ki, Xankəndidə 3 cəbhə yaranıb:

“Babayan, Ruben Vardanyan, Araik Arutyunyan cəbhəsi. Fikrimcə, Samvel Babayanın aktivləşməsi separatçıların köhnə qrupu ilə bağlıdır. Yəni keçmiş səhra generalları və Sərkisyan-Köçəryan xəttinin aktivləşməsi ilə əlaqədardır. Biz əslində bunu gözləyirdik. Belə görünür ki, Rusiya bu dəfə Babayan xətti ilə proseslərə və Azərbaycanın qarşısına yeni bir maneə çıxarmağı planlaşdırır. Heç şübhəsiz ki, Araikin yerinə Babayanın gəlməsi məsələsi də gündəmdədir. Çünki Azərbaycan qarşısına gələni bir-bir sıradan çıxardı. Babayan keçmiş səhra generallarındandır və Azərbaycana qarşı ən sərt mövqeyi ilə tanınan biridir. Bu mənada onun ortaya çıxmasını başa düşmək olar”.
  
Əziz Əlibəyli bildirib ki, Babayanın etiraz aksiyasının Lentsovun Bakıya səfəri zamanı gerçəkləşməsi əslində sülhməramlıların komandanının orada verdiyi ev tapşırığıdır:

“Ona hesablanmışdı ki, Bakıda müdafiə naziri Zakir Həsənovla görüşdə bildirsin ki, bölgədəki ermənilərin narazılığı məsələsi var, onlarla hesablaşmaq lazımdır. Nə Vardanyan, nə də Arutyunyan bölgədəki ermənilərin adına ciddi bir mövqe ortaya qoya bildi. Laçındakı post isə onlar üçün öldürücü prosesə çevrildi”.

lentsov.jpg (113 KB)  
Ekspert Qarabağda Azərbaycan əleyhinə imza toplanmasından da danışıb:

“Qarabağda Azərbaycan əleyhinə imza toplanması reinteqrasiya prosesinə mane olmaq məqsədi daşıyır. Amma hesab edirəm ki, imzanı verənlər həm də sabah Laçın-Xankəndi yolundan istifadə edən adamlar olacaq. Məncə, imza məsələsində ciddi olsalar, daha yaxşıdır. Azərbaycan əleyhinə imza verənlər datalarının sonrakı taleyinə necə ümid ola bilərlər? Bəlkə o datalar elə Rusiyaya, Azərbaycana ötürüləcək? Separatçılar arasında pul qarşılığında öz maraqlarını satanlar çoxdur”./Musavat.com /скачать dle 12.1