Bia.Az

Nüvə hədəsi aranı qatdı – “Putinin aşpazı” Medvedevi aşağıladı: Kreml çalxalanır

Dünya
 5-05-2023, 10:39     176

Mayın 3-də Rusiyanın paytaxtı Moskvaya (Kreml Sarayına) dron zərbəsi "Vaqner" qrupunun lideri Yevgeni Priqojini qəzəbləndirib.

Musavat.com teleqraf.com-a istinadən xəbər verir ki, "Putinin aşpazı" ləqəbli "Vaqner" lideri baş verənlərə cavab olaraq Ukraynada nüvə silahından istifadə ideyasını haqlı saymadığını bildirib.

Əksinə, Priqojin Kreml yaxınlığında PUA-lar peyda olarkən "yatanlar"ın cəzalandırılmasını istəyib. O, hesab edir ki, Rusiya öz pilotsuz təyyarələrinin istehsalını artırmalı və bunlardan Ukraynaya zərbələr endirmək üçün istifadə etməlidir.

"Əlbəttə, pilotsuz uçan aparatın tətbiqinə cavab olaraq nüvə silahının istifadəsindən söhbət gedə bilməz. İlk növbədə, pilotsuz təyyarələrlə mübarizəyə cavabdeh olanları nəzərə almaq lazımdır", - deyən Priqojin bununla bağlı öz təklifini verib.

"Prinsipcə, bu, necə baş verə bilər? Bundan sonra PUA texnologiyalarının inkişafı sahəsində lider dövlət olmaq üçün hər cür səy göstərməliyik, eyni dronlarla cavab verməliyik", - "Vaqner" lideri əlavə edib.

Priqojin vurğulayıb kli, nüvə silahı ilə zərbələr endirməyə çağıranların hamısı "təlxəyə" oxşayır: "Kiçik pilotsuz uçan aparata cavab olaraq nüvə bombası ilə hədələyənlər təlxəklərə bənzəyir".

Mayın 3-nə keçən Kremlə dron zərbəsi endirilib. PUA sarayın damına çırpılıb. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov baş verənlərə görə Ukraynanı ittiham edib. Bundan sonra rusiyalı deputatlar və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynaya nüvə zərbəsi və Prezident Vladimir Zelenskinin öldürülməsinə çağırışlar etməyə başlayıblar.скачать dle 12.1