Bia.Az

Dolu, yağış bölgələrdə aqrar sahəyə hansı ziyanları vurdu - fermerlərin sığorta məsələsi...

Gündəm
 4-05-2023, 13:13     286

Ekspert: “Bazara böyük xarici şirkətin daxil olmasına ehtiyac var”

Aprelin son və may ayının ilk günlərində ölkənin əksər bölgələrində dolu, sel və yağış yaşayış məntəqələri ilə yanaşı aqrar sahəyə də ciddi ziyan vurdu.
Sosial şəbəkələrdə yayılan çoxsaylı videolardan görünür ki, xeyli əkin sahələri təbii fəlakətin qurbanı olub. Bir neçə gün əvvəl Biləsuvar rayonunda müşahidə olunan intensiv yağıntılar kənd təsərrüfatına zərər vurub. Fermerlər “Report”un Muğan bürosunun əməkdaşına bildiriblər ki,  intensiv yağıntının əsasən adi ota müəyyən qədər xeyri var. Onların sözlərinə görə, hazırda adi ot və yonca biçini başladığı üçün yanğıntılar bu təsərrüfat sahəsinə zərər verir.
Həmçinin fermerlər qeyd edib ki, bu il rayonda su qıtlığı olduğu üçün bəzi taxıl sahələrini vaxtında suvarmaq mümkün olmayıb. Buna görə də həmin sahələr inkişafdan qalıb. Onlar hesab edirlər ki, indiki yağışın taxıl sahələrinə heç bir xeyri yoxdur.
Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev “Report”un yerli bürosuna bildirib ki, intensiv yağış inkişaf gedən taxıl sahələrinə müsbət təsir göstərəcək: “Eyni zamanda bu yağıntının biçilmiş ot və yonca sahələrinə də xeyirləri olacaq. Çünki torpaqda rütubət formalaşır və torpaq nəm olur. Bu da öz növbəsində bitkinin ömrünü uzadır. Amma intensiv yağışın inkişafdan qalan taxıl sahələrinə heç bir xeyiri yoxdur”.
Biləsuvar və Cəlilabad rayonları ərazisinə intensiv yağıntılar düşüb. Güclü yağış, tufan və dolu Cəlilabad rayonunda çiyələk sahələrinə zərər vurub, çiyələk kolları və meyvələri zədələnib. Buna görə də əkin sahələrində meyvələr sürətlə çürüməyə başlayıb.
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində baş verən təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlarda monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bölgələrdə müstəqil sığorta ekspertləri ilə birlikdə leysan, dolu, sel və subasma nəticəsində zərər görmüş təsərrüfatlara baş çəkir, fermerlərlə görüşür, aqrar sığorta mexanizminin işləmə prinsipləri barədə məlumat verirlər.
Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, görüşlərdə fermerlərə dövlətin dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin üstünlüklərindən yararlanmaq və təsərrüfatlarını sığortalamaq tövsiyə olunur. Eyni zamanda təsərrüfatlarını sığortalamış fermerlərə əkin sahələri və bağlara dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun “1651" Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirməyin zəruriliyi izah edilir.
Qeyd edək ki, son günlər bölgələrdə baş vermiş leysan, dolu, sel və subasma kimi təbiət hadisələri ilə bağlı təsərrüfatlarına zərər dəymiş fermerlər tərəfindən Aqrar Sığorta Fondunun “1651" Çağrı Mərkəzinə 124 müraciət daxil olub. Müraciətlər çağrı mərkəzində qeydə alındıqdan sonra fond tərəfindən müstəqil sığorta ekspertləri dərhal hadisə baş vermiş təsərrüfata ezam olunur, hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar.
Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.
Müavinətlərin məbləğinin artımı ölkəmizdə həssas təbəqəyə olan qayğının  daha bir göstəricisidir - RƏY - AZƏRTAC
Eldəniz Əmirov 
İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, məhsuldarlıq artmadıqca sığorta sistemi işlək olmayacaq. Ekspert qeyd etdi ki, səbəbdən asılı olmayaraq təsərrüfatın sığortalanması risklərin sığortalanması deməkdir: “Aqrar sahədə sığorta sisteminin işlək və rentabelli olması real deyil. Sığorta hadisənin baş vermə halları hansı sahədə çoxdursa, şirkətlər həmin sahələrə diqqət ayırırlar. Məsələn, su qıtlığı, quraqlıq, ixrac, aqrotexniki qulluqla bağlı problemlər və s. Kənd təsərrüfatı məhsullarının emal sahələrinə yönəldilməsi təmin edilərsə, aqrar sığorta sahəsinə təkan verər. Ən azı, ixrac problemi olmayacaq”. 
Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”
 Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərlinin fikrincə, sığorta sistemi müəyyən qədər inkişaf edib. O, yeni alətlərin, təkliflərin yarandığına diqqət çəkdi: “Buna baxmayaraq, rəqabətlilik mühiti yoxdur. Demək olar ki, bütün şirkətlərdə qiymətlər eynidir. Mənə elə gəlir ki, bazara böyük xarici şirkətin daxil olmasına ehtiyac var”/Musavat.com/скачать dle 12.1