Bia.Az

Lentsovun gəlişindən öncə Bakının Laçın postu ilə bağlı mühüm QƏRARI

Siyasət
 4-05-2023, 12:34     234

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Laçın dövlət sərhədindən buraxılış məntəqəsi – (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovun bu gün Bakıya gələcəyi gözlənilir. Lentsovun məqsədi ya Laçın postunun ləğv edilməsi, yaxud rus hərbçilərinin də Azərbaycan sərhədçiləri ilə birlikdə postda dayanmasıdır. Azərbaycan bunu qəbul etmir.


 Lentsovun gəlişindən öncə baş nazirin verdiyi qərar da o deməkdir ki, rəsmi Bakı Laçın postu məsələsini ümumiyyətlə müzakirədən çıxarır.скачать dle 12.1