Bia.Az

Media azadlığı reytinqi

Cəmiyyət
 3-05-2023, 16:19     205

Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı 2023-cü il üzrə media azadlığı reytinqi açıqlayıb.

Hesabat ilk üçlükdə Norveç, İrlandiya və Danimarkanı, son sıralarda Vyetnam, Çin və Şimali Koreyanı göstərir.

Novator.az-ın məlumatına görə, Azərbaycan 180 ölkə arasında 151-ci yerdə qərar tutur.


Litva 7-ci, Estoniya 8-ci, Latviya 16-cı, Moldova 28-ci, Ermənistan 49-cu, Gürcüstan 77-ci, Ukrayna 79-cu, Qırğızıstan 122-ci, Qazaxıstan 134-cü, Özbəkistan 137-ci, Tacikistan 153-cü, Belarus 157-ci, Rusiya 164-cü, Türkiyə 165-ci, Türkmənistan 176-cı, İran 177-cidir.
Mayın 3-ü Mətbuat Azadlığı Günüdür. Dünya bu günü BMT-nin 1993-cü ildə irəli sürdüyü təşəbbüs əsasında qeyd edir.скачать dle 12.1