Bia.Az

Kremldə partlayış: Putinə sui-qəsd cəhdi... - Video

Dünya
 3-05-2023, 16:12     170

Ukrayna gecə saatlarında dronların köməyi ilə Kremlə zərbə endirməyə cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya hərbçiləri və xüsusi xidmət orqanları iki PUA-nı sıradan çıxarıb, itki yoxdur:

"Hərbçilər və xüsusi xidmət orqanlarının radar döyüş sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində qurğular sıradan çıxıb.


Terror hücumu zamanı prezident xəsarət almayıb. Onun iş qrafiki dəyişməyib, adi rejimdə davam edir"


Kreml bildirib ki, Rusiya tərəfi lazım bildiyi yerdə və nə vaxt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.скачать dle 12.1