Bia.Az

İrəvan panikada: Qarabağ bitib, indi söhbət Ermənistandır

Gündəm
 3-05-2023, 11:59     287

Son günlər Paşinyan və ona yaxın siyasətçilər, hətta ABŞ-ın Dövlət katibi Blinken də Laçın yolundakı vəziyyətdən narahatdır. Amma yenə də görünən odur ki, Nikol Laçın yolu barədə açıqlamaları ilə daha böyük mövzunu - qonşuları ilə uzunmüddətli qarşıdurmada məğlubiyyətinin faktiki etirafını kamuflyaj etmək üçün əlindən gələni edir. Aprelin 18-də Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Bu, Azərbaycanın münaqişə başlayandan bəri tələb etdiyi Qarabağdan son imtinadır.

Axar.az xəbər verir ki, bu barədə “Vedomosti”nin “Ermənistan Qarabağla vidalaşıb” məqaləsində deyilir.

“Ermənilər Ter-Petrosyanın dövründə birinci müharibədə qalib gəldilər. Amma Ter-Petrosyan o vaxtkı erməni çoxluğun nöqteyi-nəzərindən pis vətənpərvər oldu. Keçmiş prezident Qarabağın müstəqilliyini tanımırdı və onu Ermənistana birləşdirmirdi. Baxmayaraq ki, o, ordunun ən yaxşı hissəsini ora göndərib, qarabağlıların “sağ qalması” üçün hər cür köməklik göstərib, Ermənistan vətəndaşlarından mümkün olan hər şeyi qoparmışdı. Qələbədən sonra Ter-Petrosyan Azərbaycanla kompromisin qaçılmazlığından danışıb, həmvətənlərinə Ermənistanın kiçik, dənizə çıxışı olmayan, ciddi resurslara malik dövlət olduğunu xatırlatdı: Azərbaycanın isə üç dəfə çox əhalisi, nefti, qazı, eynisoylu Türkiyənin köməyi və İslam dünyasının rəğbəti var.
Qələbədən məst olan Ermənistan “məğlubiyyətçini” rədd etdi. 1998-ci ildə Qarabağ milislərinin keçmiş səhra komandiri Köçəryan, müdafiə naziri Sərkisyan prezidentin ərazi güzəştləri ilə bağlı Qarabağ probleminin həlli planı ilə razılaşmırdılar. Köçəryan yeni prezident oldu: Ermənistan Qarabağ klanının hakimiyyətinin 20 illik dövrünə qədəm qoydu. Yeni hakimiyyət Ermənistana yaxşı heç nə gətirmədi: korrupsiya tüğyan etdi, ciddi iqtisadi inkişaf proqramları yox idi, yoxsulluq erməniləri köçməyə məcbur etdi - bəziləri Rusiyaya, bəziləri Qərbə. Ordunun inkişafı üçün vəsait yox idi. 2016-cı ilin Dördgünlük müharibəsi Azərbaycan Ordusunun peşəkarlığının və texniki təchizatının kəskin yüksəlişini nümayiş etdirdi ki, bu da neft dolları axınının və Türkiyənin yardımının nəticəsi idi”, - məqalədə deyilir.
Nəşr qeyd edir ki, nə “türkləri yalın əlimizlə öldürərik” deyə arxayın olan Ermənistan cəmiyyəti, nə də bu halda Rusiyanın imdadına çatacağına əmin olan Qarabağ klanı Dördgünlük müharibədən nəticə çıxardı:
“Rusiya müqavilələrə əsasən, Qarabağda “respublikanın maraqlarını” deyil, yalnız Ermənistanın sərhədlərini qorumağı öhdəsinə götürüb. Bəli, Azərbaycan və Azərbaycanın müttəfiq olan Türkiyə ilə münasibətlər də Moskva üçün ən azı heç də az əhəmiyyət kəsb etmirdi. 2018-ci ildə Ermənistanda Qarabağ klanının hakimiyyəti dinc, lakin yaxşı təşkil olunmuş kütləvi nümayişlərin basqısı altında süqut etdi. Həmin hadisələrdə yeni nəsil ermənilər siyasi səhnəyə çıxdı. O nəsil ki, onlar üçün Qarabağ məsələsi ikinci, lakin korrupsiya və klançılıq, yoxsulluq və iqtisadi çöküş problemləri ön planda idi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı ermənilər tez və sarsıdıcı məğlubiyyətə uğradı. Müharibədən sonra Paşinyan ən yaxşı halda siyasətdən uzaqlaşdırıla bilərdi. Amma o, seçki keçirdi və onu az qala diri-diri yeyəcəkləri ilə hədələyən Qarabağ vətənpərvərlərini asanlıqla məğlub etdi. Bu, erməni cəmiyyətinin sülh yolu ilə inkişafa keçid adı ilə Qarabağdan imtina etməyə hazır olduğunu göstərdi.
İkinci Qarabağ müharibəsindən sonra və aprelin 18-dək Paşinyan Qarabağın statusundan deyil, Qarabağ ermənilərinə təminatlardan danışıb. Amma Bakı bu təminatı vermək fikrində deyil. Azərbaycan deyir ki, qoy onlar Azərbaycan vətəndaşlığını alsınlar, ya da getsinlər. 18 apreldən sonra bu məsələ də keçmişdə qaldı. İndi Ermənistana yalnız öz ərazisinin bütövlüyünə təminat lazımdır”.скачать dle 12.1