Bia.Az

Çempionlar Liqasına hansı komandalar bilet alıb?

İdman
 3-05-2023, 11:56     770

UEFA Çempionlar Liqasının 2023-2024 mövsümünə 79 komandanın buraxılması gözlənir. Novator.az bildirir ki, mayın 1-dək 28 iştirakçı bəllidir: “Arsenal”, “Mançester Siti” (İngiltərə), “Barselona” (İspaniya), “Napoli” (İtaliya), “Benfika” (Portuqaliya), “Seltik”, “Reyncers” (Şotlandiya), “Srvena Zvezda” (Serbiya), “Yanq Boyz” (İsveçrə), “Molde” (Norveç), “Haken” (İsveç), “Astana” (Qazaxıstan), “Olimpiya” (Sloveniya), “Şaxtyor” (Belarus), “Jalgiris” (Vilnüs, Litva), “Zrinski” (Bosniya), HİK (Finlandiya), “Valmeyras” (Latviya), “Şemrok Rovers” (İrlandiya), “Larn” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Hamrun” (Malta), “Dinamo” (Tbilisi, Gürcüstan), “Nyu Sents” (Uels), “Linkoln” (Cəbəllütariq), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino).

Turnirdə beş ələmə mərhələsi var.

İslandiya, Monteneqro, Andorra, San Marino çempionları yarışa ilkin mərhələdən başlayır.

Birinci mərhələyə Türkiyə, Kipr, İsrail, İsveç, Bolqarıstan, Rumıniya, Azərbaycan, Macarıstan, Polşa, Qazaxıstan, Slovakiya, Sloveniya, Belarus, Moldova, Litva, Bosniya, Finlandiya, Lüksemburq, Latviya, Kosovo, İrlandiya, Ermənistan, Şimali İrlandiya, Albaniya, Farer adaları, Estoniya, Malta, Gürcüstan, Şimali Makedoniya, Uels, Cəbəllütariq çempionları buraxılır.

İkinci mərhələnin çempionlar yolunda Çexiya, Norveç, Danimarka, Xorvatiya təmsilçiləri, liqalar yolunda Ukrayna, Belçika, İsveçrə, Yunanıstan çempionatlarının gümüş mükafatçıları yer alır.

Üçüncü mərhələnin çempionlar yolunda İsveçrə, Yunanıstan təmsilçiləri, liqalar yolunda Fransa, Portuqaliya çempionatlarının bürünc, Niderland, Avstriya, Şotlandiya, Serbiya çempionatlarının gümüş mükafatçıları qərar tutur.
Ukrayna, Belçika çempionları turnirə dördüncü mərhələdən qoşulur.
İngiltərə, İspaniya, İtaliya, Almaniya çempionatlarında 1-4-cü yerləri, Fransa, Portuqaliya çempionatlarında ilk iki yeri tutan komandalar, Niderland, Avstriya, Şotlandiya, Serbiya çempionları birbaşa qrup mərhələsinə vəsiqə alır.скачать dle 12.1