Bia.Az

TƏCİLİ! Ukrayna üçün DƏHŞƏTLİ GÜNƏ saatlar qaldı - Sabah...

Dünya
 2-05-2023, 16:44     157

Rusiya-Ukrayna müharibəsi ilə bağlı məxfi məlumatları ehtiva edən Pentaqon sənədlərində Ukraynanın gözlənilən əks-hücumunun təhlükə altında olduğu iddia edilib.

Musavat.com xəbər verir ki, sızdırılan Pentaqon sənədləri Ukraynada hava hücumundan müdafiə sistemlərinin tükənmək üzrə olduğunu ortaya qoyub. Fevral ayında hazırlanan hesabatda Ukraynaya məxsus S-300 sursatlarının tükənəcəyi tarixin mayın 3-ü, yəni sabah olduğu vurğulanıb. Rusiyanın aylardır davam edən hava hücumlarının qarşısını almaq üçün sərf olunan sursatın miqdarının hesablanması ilə bu nəticəyə gəlinib.
Müharibə başlayandan bəri ciddi itkilər verən Rusiya Hərbi Hava Qüvvələrinin münaqişənin ən şiddətli bölgəsi olan Baxmutda əvvəlkindən daha aktiv rol oynadığı müşahidə edilib. Buna Ukraynanın hava hücumundan müdafiə imkanlarının azalmasının səbəb olduğu iddia edilir.

Pentaqonun sənədlərində hər iki tərəfin hava qüvvələrinin ciddi itkilər verdiyi üzə çıxıb. Məlumata görə, Rusiya 72 təyyarə və 82 helikopter, Ukrayna isə 60 təyyarə və 32 helikopter itirib. İtkilər daha çox Rusiya tərəfində olsa da, Ukraynaya məxsus hərbi hava qüvvələri çox daha çox zərər görüb. Belə ki, müharibənin əvvəlində Ukraynanın 112 təyyarəsi və 112 helikopteri var idi. Bu məlumatlara əsasən, Ukrayna indiyədək təyyarələrinin 53 faizini, helikopterlərinin isə 28 faizini itirib. Rusiya isə 1511 təyyarə və 1534 helikopterlə müharibəyə başlayıb, indiyə qədər təyyarələrinin cəmi 4 faizini, helikopterlərinin isə 5 faizini itirib.

Pentaqonun hesabatlarında Ukraynanın itkilərinin daha çox ola biləcəyi qeyd edilib.скачать dle 12.1