Bia.Az

Qusarda dirəyə çırpılan avtomobilin sərnişini öldü

Bölgə
 20-04-2020, 16:19     396

Qusarda dirəyə çırpılan avtomobilin sərnişini öldü
Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“bia.az” xəbər verir ki, hadisə aprelin 19-da saat 23 radələrində Həsənqala kəndi ərazisində baş verib.

Kənd sakini B.Mustafayev idarə etdiyi “NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişin - Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.

Hadisə ilə bağlı Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.скачать dle 12.1