Bia.Az

İTV Yayım Şurasına yeni üzvlər seçilib - adlar

Cəmiyyət
 2-05-2023, 13:40     199

Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi ilə bağlı geniş müzakirə aparıb. Namizədlər barədə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb. Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.

Spiker Sahibə Qafarova yeni üzvlərə fəaliyyətlərində uğurlar arzulayıb, eyni zamanda deputat həmkarlarının fikir və təkliflərini fəaliyyətləri zamanı nəzərə almağı tövsiyə edib.скачать dle 12.1