Bia.Az

Şikayətci Baş Prokurora minnətdarlıq ETDİ - "Ümidvarıq ki, istintaq bundan sonra obyektiv aparılacaq"

Cəmiyyət
 2-05-2023, 10:02     520

Xəbər vermişdik ki, bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır.

BİA.az-a müraciət edən Lacın qacqını, hazırda Ağcəbədi rayonu, Ağabəyli kəndində məskunlaşan mərhumun bacısı oglu Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum Zamanov İntiqam Binnət oğlu onun övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyant tərəfindən təzyiqlərə məruz qalaraq evdən qovulub, evi əlindən alınaraq satılıb, həmçinin şərlənərək küçəyə atılmışdı.

Bununla bağlı, Zamanov İntiqam Binnət oğlu 14.11.2011-ci il tarixində SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində olmuş, verlişdən çıxandan sonra bacısı İsmayılova Diləfuruza zəng edərək haqsızlığa dözə bilmədiyini bildirərək telefonu söndürmüşdür.

28.02.2023-cü il tarixdə Zamanov İntiqam Binnət oğlu intihar etmiş və cibindən tapılan məktubda övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyanta görə intihar etdiyini yazmışdır.

Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum İntiqam Zamanovun qızının qaynatası, hazırda Xızı rayonu, Yeni Yaşma qəsəbəsində yaşayan "Bıg coban" kimi tanınan Şükürov Famil mərhumun ölüm işinin açılmasıyla bağlı müxtəlif maniələr və müdaxilələr edir:

"İstintaqı aparan müsdəntiq Tamerlan müəllim və Famil Şükürov əlbir olaraq dayımın ölümünü ört-basdır etməyə calışır. Mən və yaxın qohumlar bu barədə respublika baş prokurorluguna şikayət etmişdik. Mərhum dayımın qardaşı oğlu Etibar, bacıları Əfruz, Pəri və Bahar, əmisi oğlu Səbuhi, əmisi oğlu Eylas aprelin 28-də baş prakrorluqda qəbulda olduq. Sag olsunlar, şikayətimizə obyektiv yanaşdılar və bizim şikayətimizin əsasında Suraxanı rayon prakrorluğuna tapşırıqlar verildi. Ümidvarıq ki, istintaq bundan sonra obyektiv aparılacaq, mərhum dayımın qanı yerdə qalmayacaq."

BİA.az
скачать dle 12.1