Bia.Az

Mirzoyanla bərabər, danışıqlarda niyə o da iştirak edir?

Gündəm
 2-05-2023, 11:51     260

Ötən gündən Vaşinqtonda başlayan və həftə sonuna qədər davam edəcəyi gözlənilən Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlarda Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan da iştirak edir.

Axar.az xəbər verir ki, erməni mediası bunu təsadüfi saymayıb. İddia edilir ki, bu, Türkiyənin tələbi ilə bağlıdır. Belə ki, Türkiyə Azərbaycanla münasibətlərin nizamlanmayacağı təqdirdə Ermənistan-Türkiyə əlaqələrinin normallaşması və sərhədlərin açılmasını istisna edib.


Qeyd edək ki, Ruben Rubinyanın başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona Mirzoyandan bir gün əvvəl – aprelin 29-da gedib. R.Rubinyanın 5 maya qədər Vaşinqtonda müxtəlif səpkidə görüşlər keçirəcəyi bildirilirdi.скачать dle 12.1