Bia.Az

TƏCİLİ! İran ABŞ-ın tanker gəmisini ələ keçirdi - ŞOK GÖRÜNTÜLƏR

Dünya
 30-04-2023, 15:33     195

İran komandoları cümə axşamı günü Oman körfəzində beynəlxalq suları keçən və Küveytdən ABŞ-a neft daşıyan tanker gəmisinə helikopterlə basqın edib. İran donanması tərəfindən ələ keçirilən Marşal adaları bayraqlı gəminin kapitanı idarəetməni itirməmişdən əvvəl kömək çağırışı edib.

Musavat.com xəbər verir ki, İran dövlət televiziyası tərəfindən yayımlanan videoda iranlı əsgərlərin helikopterdən asılmış kəndirlərlə "Advantage Sweet" gəmisinin göyərtəsinə enməsi görünür.

Rəsmi Tehran çərşənbə günü axşam saatlarında tankerin Fars körfəzindən keçərkən İran gəmisi ilə toqquşduğunu və əməliyyatın bu səbəbdən həyata keçirildiyini iddia edib. İranın dövlət xəbər agentliyi İRNA bildirib ki, qəza nəticəsində İran gəmisinin bəzi ekipaj üzvləri dənizdə batıb, digərləri isə yaralanıb. Ancaq xəbərlərdə bu iddianı dəstəkləyən heç bir dəlil və ya gəminin adı kimi detallar yer almayıb.

Türkiyəyə məxsus olan və İsveçrədə yerləşən "Advantage Tankers" şirkəti tankerin İran donanması tərəfindən limana aparıldığını bildirib. Şirkət 24 ekipaj üzvünün hamısının hindistanlı olduğunu və onların həyatı üçün təhlükə olmadığını qeyd edib.

Qeyd edək ki, 2014-cü ildə İsveçrədə qurulan "Advantage Tankers" şirkətinin əksər səhmləri Çukurova Holdinq İdarə Heyətinin sədri Mehmet Emin Karamehmetin qızı Gülsün Nazlı Karamehmet Uilliamsa məxsusdur. Şirkətin saytındakı məlumata görə, onların donanmasında 22 gəmi var ki, onlardan ən köhnəsi 2006-cı il istehsalıdır.

Tanker Küveyt xam neftini iyunun 7-də Kaliforniyada yerləşən "Chevron" şirkətinə çatdırmaq üçün ABŞ-ın Hyuston şəhərinə aparırdı. ABŞ-ın bölgədə fəaliyyət göstərən 5-ci donanması bildirib ki, bu, son iki ildə Tehran tərəfindən ələ keçirilən beşinci ticarət gəmisidir.

Bəyanatda deyilir: "İranın gəmilərə qarşı təzyiqləri gəmiçilik və qlobal iqtisadiyyat üçün təhlükə yaradır".

скачать dle 12.1