Bia.Az

Laçın sakini ölkə başcısına müraciət etdi: "Rəhmətlik dayımın qanını batırırlar"

Cəmiyyət
 25-04-2023, 13:56     487

Xəbər vermişdik ki, bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır.

BİA.az-a müraciət edən Lacın qacqını, hazırda Ağcəbədi rayonu, Ağabəyli kəndində məskunlaşan Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum Zamanov İntiqam Binnət oğlu onun övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyant tərəfindən təzyiqlərə məruz qalaraq evdən qovulub, evi əlindən alınaraq satılıb, həmçinin şərlənərək küçəyə atılmışdı.

Bununla bağlı, Zamanov İntiqam Binnət oğlu 14.11.2022-ci il tarixində SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində olmuş, verlişdən çıxandan sonra bacısı İsmayılova Diləfuruza zəng edərək haqsızlığa dözə bilmədiyini bildirərək telefonu söndürmüşdür.

28.02.2023-cü il tarixdə isə Zamanov İntiqam Binnət oğlu intihar etmiş və cibindən tapılan məktubda övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahətə görə intihar etdiyini yazmışdır:

"SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində mərhum Zamanov İntiqamın oglu Elgünün səs yazısı yayılıb və bu səs yazısında o, acıq-aydın atasına qarşı həddən artıq aqressivdir, onu ölümlə belə hədələyir və bu hal onun baş vermiş cinayətə baiskar olmasına ciddi şübhələr yaradır. Bunu elə dolayısı ilə Elgün özü də təsdiq edir. O, hər yerdə bildirir ki, bu işdə Suraxanı rayon prakrorluğunun müstəntiqi Tamerlan muəllim bizə dəstək olur və deyir ki, mən sizin arxanızda dayanmışam. Maraqlıdır, bucür bir qurup cinayətkara nə üçün müstəntiq arxa durur? Hələ özünü "Bığ Famil" adlandıran birisi də bütün qohumlara məlumat verir ki, müstəntiqimiz Elgünün arxasındadır, heç bir qrum bu işi müdaxilə edə bilməz. Onun yaxın qohumu var, yuxarı vəzifədə çalışır. Narahat olmayın, müstəntiq də o adama arxalanır."

Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum İntiqam Zamanovun qızının qaynatası, hazırda Xızı rayonu, Yeni Yaşma qəsəbəsində yaşayan "Bıg coban" ləqəbi ilə tanınan Şükürov Famil Elgünü müdafiə etdiyindən mərhumun ölüm işinin açılmasıyla bağlı müxtəlif maniələr və müdaxilələr edir:

"Mərhum dayımın qudası "Bıg coban" ləqəbi ilə tanınan Şükürov Famil Suraxanı rayon purakurorulğundaki müsdəntiq Tamerlanla bizə hədə qorxu gəlir, deyir ki, mən müsdəntiq Tamerlanın əliylə dayınızın qanını batırdım. Əyər bir də televiziyaya cıxsanız sizə də başqa cür olacaq. Mətbuat vasitəsilə Azərbaycan Resbubilkasının  Prizdenti İlham Əliyev cənablarına müraciət edərək xahiş esirəm ki, bu işi öz nəzarətinə götürsün və rəhmətlik dayımın qanı yerdə qalmasın."

BİA.az
скачать dle 12.1