Bia.Az

Bakıda taksi qiymətləri bahalaşdı – Səbəb

Sosial
 28-04-2023, 12:32     319

Bakıda fəaliyyət göstərən taksi xidmətlərində gediş haqqı artıb.

Trend xəbər verir ki, qiymətin bahalaşmasını taksi sürücüləri və sərnişinlər də trend-ə təsdiqləyib.

Onların sözlərinə görə, gediş haqqı 30%-ə qədər bahalaşıb.


“Sürücülər bildiriblər ki, hazırki bahalaşma “Formula 1″ Qran-prisi ilə bağlıdır. Belə ki, yarışla əlaqədar Bakıya çoxlu sayda turist gəlib. Bu səbəbdən də taksi xidmətlərindən istifadə artıb. İkinci səbəb kimi isə yarışlarının keçirildiyi mərkəzi yolların bağlı olması və benzin sərfiyyatının artmasdır. Bu hal müvəqqətidir. Yarışlar bitdikdən sonra qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq”, – deyə qeyd edilib.



Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən bildirilib ki, taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir.
 скачать dle 12.1