Bia.Az

Qriqoryan yalan deyir, yol Rusiyaya verilməyib – Akopyan

Gündəm
 28-04-2023, 10:39     301

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçın dəhlizinin “Rusiyaya məxsus olması” ilə bağlı bəyanatından xoşagəlməz “sürprizlər” gözləmək lazımdır.

Axar.az xəbər verir ki, bunu erməni mediasına açıqlamasında erməni politoloq Vigen Akopyan Laçın yolu ilə bağlı Ermənistanın Rusiyadan “tələbləri” haqda qeyd edib.
Onun fikrincə, Qriqoryan 10 noyabr 2020-ci il bəyanatının mətni ilə tanış olmaya bilməz, lakin Ermənistan elitası və xüsusən də Qriqoryan Qərblə danışıqların kuratorudur və danışıqları daha da kəskinləşdirmək, ictimaiyyətin diqqətini Rusiyanın roluna yönəltmək istəyir:
"Məncə, bu, sadəcə olaraq, təbliğat hiyləsidir, Ermənistan cəmiyyətinin, deyək ki, məlumatsız hissəsinin diqqətini Rusiyanın nöqsanlarına yönəltmək üçün manipulyasiyadır. Bu, əslində hər şeyin Rusiyaya “verildiyini”, məsələləri onun həll etməli olduğunu göstərmək məqsədi daşıyır”.
Akopyan Qriqoryandan fərqli olaraq, Nikol Paşinyanın hökumətin iclasında belə ifadə işlətməkdən çəkinməsinə diqqət çəkib:
“Söhbət Ermənistanın Qərbə dönüş prosesindən gedir. Bu prosesdən əvvəl Rusiyaya qarşı ittihamlara hazırlıq gedir. Eyni zamanda, hər mətbuat konfransından və ya Qriqoryanın manipulyasiya xarakterli bəyanatlarından sonra erməni tərəfi üçün neqativ hallar baş verir. Ermənistanın nəyə görə Rusiyanın vasitəçiliyi ilə deyil, Brüssel və ya Vaşinqton platformasında sülh müqaviləsi bağlamağa çalışması ilə bağlı əsaslandırmalar hazırlanır. Ermənistan hakimiyyəti demək istəyir ki, guya onlar Rusiya öz öhdəliklərini yerinə yetirsin deyə, hər şeyi ediblər, lakin Moskva bunu etmir, 10 noyabr razılaşması çərçivəsində təhlükəsizlik arxitekturası keçərli deyil və Ermənistan yeni təhlükəsizlik sistemi, yeni oyunçular tapmalıdır”.
Qeyd edək ki, Qriqoryan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın yolunun Rusiyaya “məxsus olduğunu” iddia edib. Jurnalistin “nəzarət edir, yoxsa məxsusdur?” sualına Qriqoryan “məxsusdur” cavabını verib və əlavə edib: “10 noyabr bəyanatı ilə Laçın dəhlizi tamamilə Rusiyanın tərkibinə verilib və bütün hadisələrə görə məsuliyyəti Rusiya daşıyır, elə etməlidir ki, Qarabağda yaşayan ermənilər “etnik təmizlənmə”yə məruz qalmasın”.
Xatırladaq ki, bəyanatın 6-cı bəndində Laçın dəhlizi üzərində sülhməramlı kontingentin “mənsubiyyəti” yox, “nəzarət”indən bəhs edilir.скачать dle 12.1