Bia.Az

Yeni türk dövləti qurulmalıdır - Gürcam

Gündəm
 28-04-2023, 10:05     321

Güney Azərbaycan hərəkatı tarix boyu bir neçə dəfə baş qaldırıb, heç biri uğur qazanmayıb. Bu məsələni nə Türkiyə, nə də Azərbaycan başlada bilər. Prosesin başlaması və uğur qazanması üçün ilk növbədə Güney Azərbaycan özü buna hazır olmalıdır.

Bu sözləri Axar.az-a Türkiyədə fəaliyyət göstərən “Diaspora.com.tr” saytının redaktoru Bülənt Gürcam deyib.

O bildirib ki, 1900-cü ilin əvvəlində baş qaldıran və bir neçə dəfə təkrarlanan milli hərəkatın günümüzdə uğur qazanıb-qazanmayacağı hər kəs üçün önəmli məsələdir:
“Hazırda Güney Azərbaycan milli mücadilə hərəkatı vətənini tərk edib dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan türkləri tərəfindən yürüdülür. Bu, kifayət deyil. Daxildə də millətin buna hazır olması şərtdir. Uyğun vəziyyət yetişməlidir. Təəssüf ki, daxildə bu işi irəli apara biləcək qüvvə yoxdur. Kənardan müdaxilələr var və bu da yetərli görünmür”.
Onun sözlərinə görə, bu məsələdə Türkiyə və Azərbaycan dövlətlərinin üzərinə çox böyük missiya düşür:
“Lakin regionun siyasi və iqdisadi durumuna görə hər iki ölkə öz missiyasını tam olaraq yerinə yetirə bilmir. Güney Azərbaycanın Türkiyə və Azərbaycanla bağlanması mümkün deyil. Ölkələrin strukturu buna hazır deyil. Güney Azərbaycan düşdüyü vəziyyətdə cəsarət nümayiş etdirib, öz haqlarını əldə etməlidir”.
Bülənt Gürcam vurğulayıb ki, planlı şəkildə iş görmək lazımdır:
“Öncə Güney Azərbaycan hərəkatını təmsil edən qrupların dünyaya inteqrasiya olunması vacibdir.
Qruplaşmanın və fikir ayrılığının qarşısı alınmalıdır. Hələ Güney Azərbaycan dövləti qurulmayıb, lakin bir çox partiya və qurumlar yaranıb. Onlar da bir-birini parçalamaqla məşğuldur. Güney Azərbaycanın öz içindən seçilən güclü liderə ehtiyac var. Özlərinə xas siyasətləri olmalı, bölgədə yeni bir türk dövləti qurulmalıdır”.скачать dle 12.1