Bia.Az

Putinin dron planı üçün nə qədər pul lazımdır?

Dünya
 26-04-2023, 12:27     242

Rusiya prezidenti Vladimir Putinin pilotsuz uçuş aparatları ilə bağlı yeni planı üçün 500 milyard rubl (6,1 milyard dollar) vəsait lazımdır. Xəbəri ABŞ-ın “Reuters” agentliyi Rusiyanın RBK media qrupuna istinadla yayıb.

“Reuters” RBK-nın məlumatı layihəyə yaxın adamlardan əldə etdiyini bildirir.

Vladimir Putin pilotsuz uçuş aparatları ilə bağlı yeni strategiyanı 2023-cü ilin fevralında elan edib. Strategiya 2030-cu ilədək ölkədə dron istehsalının genişləndirilməsini nəzərdə tutur. Planın iyunda təsdiqlənəcəyi, dron istehsalının genişləndiriməsi üçün lazım olan vəsaitin dəqiq məbləğinin də layihənin təsdiqi zamanı daha aydın bilinəcəyi vurğulanır.
“Reuters” qeyd edir ki, Rusiya xeyli vaxtdır pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olur: “Amma Rusiyanın istehsal etdiyi dronlar elə də təkmil deyil, məhz bu səbəbdən Moskva Ukraynada apardığı müharibədə əsasən İran istehsalı olan dronlardan yararlanır”.
Novator.az xatırladır ki, Rusiya 2022-ci ilin fevralından Ukraynada total müharibə aparır və həmin ilin avqustundan döyüşlərdə İranın “Şahed-136” tipli dronlarından da istifadə edir. İndiyədək Rusiyanın İrandan yüzlərlə “Şahed-136” dronu aldığı bildirilir.
2022-cilin sonundan ABŞ İran dronlarının və dron hissələrinin, texnologiyalarının Rusiyaya axınını dayandırmaq üçün bir sıra sanksiyalar tətbiq edib.
2023-cü ilin fevralında ABŞ-ın “Wall Street Journal” qəzeti İran dronlarının Rusiya ərazisində istehsalı üçün intensiv iş aparıldığı haqda xəbər yayıb. Qəzetin yazdığına görə, yanvar ayında İranın yüksək çinli rəsmilərindən ibarət nümayəndə heyəti Rusiyaya yollanıb, bir neçə ilə ən azı 6000 dron istehsal etmək gücündə yeni zavodun tikintisi məsələsini müzakirə edib.
Rusiyada İran dronlarının istehsalı planının olduğunu “Wall Street Journal” qəzetindən bir qədər əvvəl ABŞ-ın “Vaşinqton Post” qəzeti də yazıb. “Vaşinqton Post”un əldə etdiyi məlumata görə, bu istiqamətdə Tehranla Moskva arasında 2022-ci ilin noyabrında saziş bağlanıb və istehsal prosesinin tezliklə, bir neçə aya başlanması barədə razılıq əldə edilib.
Mənbə: Reuters.comскачать dle 12.1