Soylu: Ankara əslində Vaşinqtonla savaşır
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, Türkiyə terrorla mübarizə aparmaqla əslində ABŞ-la mübarizə aparır.
Yenipress.az xəbər verir ki, Soylu Ankaranın bütün terror təşkilatlarını təqib etdiyini vurğulayıb.
“Biz hamısını - FETÖ, PKK, İŞİD kimi bütün terror təşkilatlarını təqib edirik.
Biz PKK ilə deyil, ABŞ-la vuruşuruq. Bəyəm bu qədər sadəlövhük ki, bunu bilməyək? Bilirik. ABŞ orada terror dövləti yaratmaq istəyir”, - nazir qeyd edib.