Bia.Az

Qarabağla bağlı mühüm AÇIQLAMA: “Dünya xəritəsi dəyişə bilər”

Siyasət
 25-04-2023, 16:54     320

“Daha öncə də “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı dinləmələr keçirilmişdi. Nə 44 günlük müharibə zamanı, nə də ondan sonrakı dövrdə hər hansı bir dövlət Qarabağın müstəqilliyini tanıdı”.

Bu fikirləri Musavat.com-a Topçubaşov mərkəzinin rəhbəri, siyasi ekspert Rusif Hüseynov bildirib.

1jpg-1664530977.jpg (732 KB)
Ekspert Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda 12 dekabrda başlanan etiraz aksiyasına diqqət çəkərək qeyd edib ki, Azərbaycan artıq bütün yollara giriş-çıxışa nəzarət edir:

“Heç bir müstəqillikdən söhbət gedə bilməz. İndiki məqamda hər hansı dövlətin “DQR”i tanıması real görünmür. O ki qaldı Adam Şiff və digər ermənipərəst konqresmenlərə, onlar öz elektoratı qarşısında hesabat verirlər. Eyni zamanda anlayırlar ki, onların hazırladıqları bu qanun layihəsinin hər hansı ciddi nəticəsi olmayacaq. “DQR”in tanınması ona görə real görünmür ki, hazırda Qərbin, xüsusilə ABŞ-ın Rusiya ilə Ukrayna, həmçinin, separatçı bölgələrə görə konfrontasiyası mövcuddur. Belə olan halda, Rusiya tərəfi də rahat şəkildə iddia edə bilər ki, ABŞ, yaxud Fransa “DQR”i tanıyırsa, nəyə görə Krımın Rusiyaya qoşulmasını və ya Donetskin, Luqanskın müstəqilliyi və Rusiyaya ilhaq edilməsini tanımır? Bu, elə bir fundamental məsələdir ki, dünya dövlətlərinin bunun lehinə olacağını zənn etmirəm, əks halda bu, dünya xəritəsinin dəyişməsi deməkdir”.

Qeyd edək ki, ermənipərəst konqresmen Adam Şiff Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsi hazırlayıb. O, bu layihəni müzakirə üçün Konqresə təqdim etmək niyyətindədir. Bu barədə Turan Agentliyinə Vaşinqtondakı məlumatlı mənbələrdən informasiya daxil olub. Adam Şiff öz videomüraciətində bildirib ki, qanun layihəsi qəbul edildiyi təqdirdə bu, ABŞ-ın Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu tanımağa hazır olması demək olacaq. Qanun layihəsini Bob Menendes, Nensi Pelosi və s. kimi bir qrup məşhur və nüfuzlu konqresmenin dəstəkləyəcəyi gözlənilir. İlkin müzakirələr Konqres komitəsi səviyyəsində keçiriləcək. Təsdiq edildiyi təqdirdə sənəd bütün Konqresin təsdiqinə təqdim ediləcək.скачать dle 12.1