Bia.Az

NƏ BAŞ VERİR: Ruslar Laçın dəhlizinin girişini bağladılar... - Nəqliyyatın hərəkəti dayandırılıb

Siyasət
 25-04-2023, 12:46     293

Azərbaycan tərəfi Ermənistanla sərhəddə Sərhəd Nəzarət Məntəqəsi (SNM) qurduqdan sonra bölgədəki rus sülhməramlıları ilə bəzi problemlərin meydana çıxdığı xəbəri yayılıb.

JAMAZ.İNFO Ermənistanda nəşr olunan “Hraparak” qəzetinə istinadən xəbər verir ki, aprelin 24-də Rusiya sülhməramlı qüvvələri 1 saylı müşahidə məntəqəsində (Həkəri çayı üzərindəki körpü) ərazini nəqliyyatın hərəkəti üçün bağlayıb.

Rusiya Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb ki, sülhməramlı kontingentin rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Erməni siyasi fəal Arman Abovyan isə özünün Facebook səhifəsində yazıb ki, ruslar Qarabağda Azərbaycan Ordusunun hərəkət etdiyi əsas yollardan birini bağlayıb. Onun iddiasına görə, həmin yolun üzərində ruslara məxsus zirehli texnika yerləşdirilib və hərəkətə icazə verilmir.

Abovyan onu da iddia edib ki, ruslar bu addımı Laçın dəhlizinin başlanğıcında Azərbaycanın SBM qurmasına cavab olaraq atıb.

Bildirək ki, Rusiya XİN-i dəhlizdə Azərbaycanın SBM qurmasına qarşı çıxıb. Nazirlik bəyan edib ki, bu proses dayandırılmalıdır və tərəflər əvvəlki mövqelərinə qayıtmalı və üçtərəfli razılaşmaya əməl etməlidirlər.

Qeyd edək ki, bu məlumatlar yalnız ermənilər tərəfindən yayılır. Azərbaycan tərəfi isə bu barədə hər hansı açıqlama verməyib. Əksinə, dünən SBM-də il naryadın fotolarını paylaşaraq, hər şeyin qaydasında olduğunu nümayiş etdirib.
скачать dle 12.1