Bia.Az

Xankəndidə yaşayan ermənilərə SON DƏQİQƏ ÇAĞIRIŞI: "Bu kriminal pullar..."

Cəmiyyət
 25-04-2023, 12:37     244

"Azərbaycanın Ermənistanla sərhəddə yeni nəzarət-buraxılış məntəqəsini qurması 44 günlük Zəfər müharibəsinin, ardınca Ağdam, Kəlbəcər, Laçının azad olunmasının, İranla sərhədlərinin bərpasının, daha sonra Fərrux yüksəkliyinin, Zabux yolunun, 12-14 sentyabrda qazanılan yüksəkliklərin  və 11 apreldə möhkəmlənən  mövqelərin nəticəsində Vətənin sərhədlərini düşmənə və dünyaya göstərən vahid siyasətin tərkib hissəsidir. Təkcə quru əraziləri deyil,  həm də siyasi və mənəvi sərhədlərimiz genişlənir. Halbuki Vətənimizin hüdudları çarizm, Cümhuriyyət, sovetlər və nəhayət, müstəqillik dövründə milli ordumuz vasitəsilə müəyyənləşdirilə və qoruna bilinməyib. Təkcə son 30 ildə deyil, o cümlədən 200 il əvvəl Rusiya və İran savaşında, daha sonra bir əsrdən çox Ermənistanla Qarabağ arasında separatçı birliyə və dağıdıcı müharibələrə səbəb olan həmin yollarda 23 apreldə qurulan inzibati istehkamlar prezidentin, dövlətin, xalqın dəmir iradəsinin  simvoludur. Çünki yalnız gediş-gəlişə və malların baxışına deyil, bir neçə dövlət və beynəlxalq təşkilatın ərazilərimizə düşmən qapısı bağlanır və yeni səhifə açılır".
Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc səsləndirib.

Zahid Orucun çıxışının tam mətnini təqdim edirik:

"Ermənistan üçtərəfli razılaşmanın pozulduğunu, Rusiyanın məsuliyyət zonasının ləğv olunduğunu və Bakının Moskva ilə gizli razılaşaraq ermənilərə zərbə vurduğunu iddia edir. Halbuki Ermənistanın sərhəd bütövlüyünü Azərbaycan deyil, Avropa Birliyindən gələn silahlı-silahsız məxfi qruplar və casus şəbəkəsi pozub. Sərhədlərini Gümrüdə Rusiya ordusuna, cənubda İranın silahlı qüvvələrinə və Göyçə dağlarında fransız jandarmasına təslim edən bir dövlət gərək toxunulmazlıqdan danışmasın. Türkiyə ilə sərhəddə inşa etdiyi yeni buraxılış məntəqəsi göstərir ki, İrəvana ən təhlükəsiz ölkələr Azərbaycanla Türkiyədir.

Əgər Xankəndidə yaşayan ermənilər Konstitusiyamıza uyğun davransalar, tək bir yoldan deyil, eləcə də Zəngilan, Qazax, Kəlbəcər və ya Naxçıvan buraxılış məntəqəsindən də keçib gedə bilərlər. Yol bir deyil, yetər ki, Azərbaycanın bütövlüyünü tanıyasan. Nəzarət məntəqəsinin yaradılması Xankəndidəki hərbi kontraktiklərin sürətlə bölgəni tərk etməsinə və gələn  kriminal pulların qarşısını alacaq. Beləliklə, ekofəalların 135 günlük mübarizəsi 44 günlük müharibənin davamıdır və Şərqin, Qafqazın tarixində ilk dəfədir ki, tanksız, topsuz, qansız və itkilərsiz strateji hərbi-siyasi nəticələr qazanıldı. Bu, İlham Əliyevin dəmir və yumşaq gücünün birgə qələbəsidir.

İndi NATO qüvvələri Cənubi Qafqaza - məhz Ermənistanın İranla sərhədlərinə gəlməyə can atır. Laçın sərhədlərində qurulan dəmir məntəqə Ermənistandan çox ərazi bütövlüyümüzü tanımayan dövlətlərin qarşısında sipərdir. Bundan sonra Ermənistan vətəndaşlarının Xankəndiyə gəlmək istəyənləri ilə Zəngəzurdan Naxçıvana gedən azərbaycanlıların sayı düz mütənasib olmalıdır. Nəhayət, dünən 24 apreldə 1.5 milyon erməninin qətlinin ildönümü adı ilə keçirilən ildönümlərə son qoymaq üçün Azərbaycan dövləti gələcək 108 illik sülhün tək şərtini - Qanuni Yoldan Keçib getməyi təklif edir. Hər halda bu, Qılıncdan keçmək deyil!"скачать dle 12.1