Bia.Az

“Bu əməliyyat ildırımsürətli olmayacaq” - Həmin VİDEO gündəmi SİLKƏLƏDİ

Gündəm
 23-04-2023, 14:41     301

Ermənilər yenə Xankəndiyə silah daşıyır.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Məlumata əsasən, aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb.

Separatçıların hərəkətliliyi “Xankəndi əməliyyatı”nı işə sala bilərmi?

Politoloq Qabil Hüseynli Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan həmişə cavab tədbirləri görüb və çalışılıb ki, bu cavab tədbirləri kifayət qədər ibrətverici olsun.
39ebb7eb5ae1c576f64090021d26c40c.jpg (90 KB)
Politoloq vurğulayıb ki, Azərbaycan bu məsələlərin birdəfəlik həlli üçün bir əməliyyat planı hazırlayıb və onu həyata keçirməyə hazırlaşır:

“Güman edirəm ki, ermənilərin bu addımları Azərbaycan ordusunu tətikləmək, onu cavab tədbirlərinə vadar etmək üçün atılmış addımlardır. Bunun arxasında müəyyən güc mərkəzlərinin də durduğunu istisna etmək olmaz. Azərbaycan ordusu ölçülüb-biçilmiş cavab addımı atacaq. Lakin bu əməliyyat ildırımsürətli, genişmiqyaslı olmayacaq. Tədricən oradakı separatçıların mülki əhalidən təcrid edilməsi prosesi həyata keçiriləcək, eləcə də Ermənistan ordusunun Azərbaycan ərazisindəki tör-töküntülərinə qarşı cavab tədbirləri olacaq. Nəticə etibarilə bölgə üzərində tam suverenliyimizi təmin etmək üçün lazım olan addımlar atılacaq. Bunun üçün bəlli bir müddət demək çətindir. Amma bu, mütləq ediləcək”.скачать dle 12.1