Bia.Az

Erməni məkri - “Qarabağ şərtindən imtina edirik, amma...”

Siyasət
 19-04-2023, 09:54     366

Ermənistan hakimiyyəti 29,8 min kv.km ərazisinə təminat istəyir; niyyət başqa: Azərbaycanla separatçıları üzə-üzə qoyub, münaqişə ocağının əbədi közərməsinə nail olmaq, məsələni beynəlmiləlləşdirmək və...; ekspertlərdən sərt reaksiyalar: “Bu çaqqallar özlərini nə hesab edirlər?!”

Ermənistan hökuməti Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan danışıqların təfərrüatını açıqlayıb. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistan hökumətinin hesabatında deyilir.

Yayılan rəsmi məlumata görə, İrəvan-Bakı danışıqlar prosesinin əsas istiqamətləri, sülh və Ermənistan-Azərbaycan münasibətlərinin qurulması haqqında saziş, Qarabağ münaqişəsinin həlli, regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması, sərhədlərin müəyyən edilməsi və təhlükəsizlik, humanitar məsələlər olub. “Sülh müqaviləsi üzərində işin və əlaqələrin qurulması üç mərhələdə baş verib. Bu mərhələlərdə Ermənistan və Azərbaycan arasında müşahidələr və təkliflər mübadiləsi aparılıb. Ermənistan müşahidə və təkliflərini fevralın 14-də Azərbaycana çatdırıb. İrəvan üçün məqbul yanaşma ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması Qarabağ münaqişəsinin həlli prosesindən Xankəndi ilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı məntiqi ilə ayrıla bilər” - Ermənistan hökumətinin yaydığı açıqlamada bildirilir. Erməni məkri “sülh” çətiri altında ustalıqla gizlədilir. Diqqət edin, Ermənistan Azərbaycanla sülh bağlayıb, kənara çəkilmək istəyir, “Xankəndi ilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı məntiqi ilə ayrıla bilər” - şərti ilə... Bilirik ki, 30 il ərzində həm Ermənistan, həm də onu müdafiə edən dairələr Qarabağdakı terrorçu rejimi Bakı ilə üz-üzə oturtmağa, tərəf kimi tanıtmağa çalışdı, amma niyyəti baş tutmadı. İndi zəfər qazanmış, diktə edən Azərbaycana bu yarlığı yapışdırmaq niyyətindən əl çəkmir Ermənistan! 
Bəyanatın digər hissəsində bildirilir: “Ermənistan-Azərbaycan müqaviləsi kontekstində İrəvan hökuməti üçün 29,8 min kvadrat kilometr ölkə ərazisinin təhlükəsizlik təminatlarının formalaşdırılması, müqavilənin mətni ətrafında yarana biləcək uyğunsuzluqların və mübahisələrin həlli üçün praktiki mexanizmin formalaşdırılması əsasdır. Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və bunu ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, "Ermənistan kəsişməsi" layihəsi çərçivəsində mümkün qədər tez həyata keçirməyə hazırdır". Yenə də yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan ərazilərində yaradılan Ermənistan bütün bu cinayətlərdən sonra sakitcə kənara çəkilib, “öz əraziləri” daxilində rahat yaşamaq, Azərbaycanı isə Qarabağdakı terrorçu-separatçı sürü ilə üz-üzə qoyub, üstəlik, buna beynəlxalq rəng qatmaq istəyir.
Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var” demişdi. “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var. Bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”, - deyən dövlət başçısı qeyd edib ki, ancaq o təqdirdə onlar 29 min kvadrat kilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Bəli, dövlətimizin mövqeyi budur ki, heç bir ölkənin ərazisində gözümüz yoxdur. Amma əgər Ermənistan bu halı ilə yenə də Azərbaycan ərazilərinə dil uzadırsa, o halda ona 29 minlik ərazi də çoxluq eləyə bilər...
Ekspertlər də Ermənistan hökumətinin məkrli, hiyləgər bəyanatına reaksiyası sərtdir.
Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC
Elçin Mirzəbəyli
Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan hökumətinin “təkliflər” adlandırdığı hər kəsə bəlli olan söz oyunu, rəsmi İrəvanın mahiyyət etibarilə öz iddialarından əl çəkmədiyini təsdiqləyir: "Ermənistanın "Qarabağda yaşayan ermənilərlə bağlı beynəlxalq müzakirə mexanizminin yaradılması" təklifi o deməkdir ki, rəsmi İrəvan Azərbaycanı sonu bəlli olmayan bir prosesin içərisinə, “qurdlar süfrəsi”nə atmaq istəyir. Yəni bu şərtlərlə sülh müqaviləsinin imzalanması o deməkdir ki, Ermənistan bütün öhdəliklərdən və məsuliyyətdən azad olur, Azərbaycana "beynəlxalq müzakirə mexanizmi" vasitəsilə, kənardan təzyiqlərin göstərilməsini təmin edir. Özü 29,8 min kvadrat kilometr ərazidə rahat yaşayır, bizim isə rahat yaşamağımıza mane olur". E.Mirzəbəyli Ermənistan hökumətinin həyasızlığına onların haqq etdiyi sərt şəkildə reaksiya verdi: “Hər dəfə ermənilərin bu kimi təkliflərini eşidəndə ağlımdan bir ifadə keçir: bu çaqqallar özlərini nə hesab edirlər?! Paşinyan ya özü axmaqdı, ya bizi axmaq yerinə qoyub. Biz otuz ildən çoxdur bu xain məxluqların ucbatından rahatlığımızı itirmişik. 30 ildən çoxdur ki, həyatımızın ritmi pozulub. Deməli, indi biz on illər boyu bizim rahatlığımızı pozanları rahat buraxıb öz narahat həyatımıza davam etməliyik. Hər dəfə çalışıram ki, Ermənistanın və erməniliyin həyasızlıqlarına təəccüblənməyim, amma alınmır. Bəşər tarixinin ən alçaq, ən rəzil toplumu həyasızlıqlarının son həddinin olmadığını sübuta yetirməyi bacarır. Məhz bu baxımdan da Azərbaycan ərazisində yaşayan ermənilərin deyil, Ermənistan məsələsinin həlli üçün beynəlxalq müzakirə mexanizmlərinin formalaşması haqqında düşünmək lazımdır. Müzakirə predmeti olan məsələ 29,8 min kvadrat kilometrlik ərazinin daxilində olmalıdır”.
İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az
 İlham İsmayıl
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl xatırlatdı ki,  29,8 min kvadrat kilometrlik Ermənistan Respublikası ərazisinin təhlükəsizliyi barədə bəyanatlar rəsmi İrəvanın ilk mövqeyi deyil: “Bu rəqəmi tez-tez səsləndirməklə Nikol Paşinyan iki məqsəd güdür. Birincisi, Azərbaycanı aqressiv, guya Ermənistan Respublikasına potensial təcavüz ediləcək ölkə kimi təqdim etmək istəyir. İkincisi, bununla Rusiyanı şantaj edir. Yəni Azərbaycanla sülh müqaviləsini bağlayarsa, Rusiyanın bölgəni tərk edəcəyinə işarə vurur. Eyni zamanda Qarabağ münaqişəsində son nöqtəni vurmaq məsuliyyətinin Rusiyanın üzərində olduğunu, məsuliyyəti Ermənistanın daşımadığını, paralel olaraq da Qərbə sülh istədiyini, amma Rusiyanın imkan vermədiyini nümayiş etdirir. Bir sözlə, çoxvektorlu bu bəyanatlar iki il yarım ərzində apardıqları siyasətin tərkib hissəsidir. Bu bəyanatı qeyd olunan kimi, yəni arxa plan olmadan, birbaşa, həqiqət olaraq qəbul etmək olarmı? Mümkündür, amma həmişəki kimi sülh müqaviləsi üçün şərt olaraq Qarabağ məsələsini də ortaya atırlar. Qeyd etdiyiniz kimi, "İrəvan üçün məqbul yanaşma ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması Qarabağ münaqişəsinin həlli prosesindən, Xankəndi və Bakı arasında beynəlxalq müzakirə mexanizmi formalaşmasından" asılıdır. Yəni problem Azərbaycanın “Qarabağ daxili işimizdir” dediyi kimi yox, beynəlxalq müstəvidə həlli olmalıdır. Azərbaycan da bunu qəbul etmir. O mənada, hesab edirəm ki, tezliklə sülh müqaviləsinin imzalanması gözlənilmir". İ.İsmayıl qeyd etdi ki, beynəlxalq hüquqa əsaslanan dövlət ərazisinin böyüklüyü, ya kiçikliyi bizim üçün əsas deyil: “Bizim heç kəsin ərazisində gözümüz yoxdur. Beynəlxalq hüquqda "tarixi torpaqlarımız" ifadəsi yoxdur. Ona qalsa, yalnız Ermənistanda deyil, başqa dövlətlərin də ərazisində bizim iddia edəcəyimiz tarixi torpaqlarımız var. Ermənistan hələ uzun müddət Türkiyə və Azərbaycana torpaq iddiasında olacaq, bu, onların konstitusiyasına əlavə edilmiş, müstəqillik bəyannaməsində də öz əksini tapıb. Bu, onların illərlə aparılan təbliğat nəticəsində formalaşmış mahiyyəti və xarakteridir və tezliklə dəyişəsi deyillər. Əsas odur ki, bizim qarşımızda qısa zaman kəsiyində həll edəcək bir vəzifəmiz var: 3, 2 min kvadrat kilometr torpaqlarımızı Ermənistan və Rusiya işğalından azad edib dövlət nəzarətimizi yaratmaq, 8 anklav kəndimizin taleyini həll etmək".
63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ
Qafar Çaxmaqlı 
Politoloq Qafar Çaxmaqlı bildirdi ki, Ermənistan hökumətinin elan olunan bu hesabatı və sülh sazişi ilə bağlı açıqlanan fikirlər Qarabağ şərtindən imtina deyil: “Elə əvvəldən də Qarabağ ermənilərinin məsələsinin beynəlmiləlləşdirilməsi və beynəlxalq birlik tərəfindən mexanizmlərin hazırlanması və həlli istiqamətində təşəbbüsləri dilə gətirilirdi. İndi də əslində belə bir şərt irəli sürülür. Ermənistan başlanan Xankəndi-Bakı təmaslarına beynəlxalq libas geyindirmək, təşəbbüsü Azərbaycanın əlindən almaq istəyir. Azərbaycanla sazişdə bunun nəzərə alınması şərti var. Ermənistan həm 29, 8 kv. kilometrlik Ermənistan ərazisinə təminat almaq istəyir, həm də bu sazişdə Qarabağ ermənilərinin təhlükəsiz yaşamasına təminat almaq istəyir. Rəsmi İrəvan sözdə Qarabağın məsələsinin Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində həllinə razılıq vermək istəyir, amma beynəlxalq güclər tərkibində özünün buradakı əhali ilə bağlı qarantorluq haqqını da bir şəkildə bizə sırımağa çalışır. Xankəndi-Bakı arasında beynəlxalq müzakirə əslində məsələni "Minsk qrupu"na bənzər bir formata qaytarmaq cəhdidir". Q.Çaxmaqlı Ermənistanın digər hiyləsinin də üzərinə işıq saldı: “Sərhədlərin müəyyənləşməsinin 1991-ci il Almatı Bəyannaməsində elan olunan ərazilərlə təyin olunması cəhdi isə hazırda bizim nəzarətimizdə olan bəzi ərazilərdən Azərbaycanın çıxması deməkdir. Bu saziş imzalanarsa, Azərbaycan Qərbi Azərbaycandakı heç bir torpaq parçasına iddia irəli sürə bilməyəcək. Qazağın 7 kəndi və Kərkidən də bəhs edilmir. Zəngəzur dəhlizi ilə bağlı Ermənistan qanunvericiliyinin tələbləri bütün ölkələr tərəfindən qorunacaq və buradakı kommunikasiya xətlərinə də Ermənistan nəzarət edəcək. Halbuki 10 noyabr 2020-ci il bəyannaməsinə görə, kommunikasiyalar Rusiya FTX-nin nəzarətində mövcud olacaqdı”. Ekspert qeyd etdi ki, hesabatdakı digər məsələlər də Ermənistanın maraqlarına xidmət edir: “Ümumən belə bir saziş Ermənistana ona görə lazımdır ki, 44 günlük məğlubiyyətdən sonrakı kapitulyasiya aktından yayınsın.  İndi belə alqı yarana bilər ki, İrəvan Qarabağ məsələsindən kənara çəkilib, amma şəxsən mənim müşahidələrim və Ermənistandakı siyasi mənzərə bunun belə olmadığını ortaya qoyur. Belə bir saziş Azərbaycan üçün məqbuldurmu? Hesab edirəm ki, bu, terrorçu dövlətə nəfəs almaq imkanlarını tanımaq gələcəkdə onun güçlənməsinə səbəb olacaqdır. Şərtləri biz diktə etməliyik!”/“Yeni Müsavat”/скачать dle 12.1