Bia.Az

Nəvai Qasımov Şəmkir Rayon Polis Şöbəsinin rəisi TƏYİN OLUNDU

Cəmiyyət
 19-04-2023, 09:50     445

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

BİA.az  xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Bundan başqa nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov tutduğu vəzifədən azad edilərək, Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi təyin olunubскачать dle 12.1