Bia.Az

İran-İsrail gərginliyi pik həddə: ABŞ-ın bu məlumatı regionu silkələyəcək

Gündəm
 18-04-2023, 16:21     304

ABŞ Müdafiə Nazirliyi ictimaiyyətə İsrailin İranın nüvə obyektlərinə hücumunun simulyasiya təlimləri keçirməsi haqda məlumat sızdırıb. Məlumatda qeyd olunur ki, fevralın 1-də Beynəlxalq Atom Enerjisi Agentliyi İrandakı obyektlərdən birində zənginləşdirilmiş uran səviyyəsinin nüvə silahının istehsalı həddinə yaxın olması barədə izlər aşkar edib. Bununla da İranın İsrail tərəfindən müəyyənləşdirilən qırmızı xətti keçməyə çox yaxın olduğu bildirilib.

Maraqlıdır, İran İsrail tərəfindən müəyyənləşdirilən qırmızı xətti keçərsə, nə baş verəcək? İki ölkə real müharibəyə başlaya bilər? İran-İsrail müharibəsi başlaycağı təqdirdə Azərbaycanın mövqeyi necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, İran uranı artıq 84 faiz zənginləşdirib:

“Bu o deməkdir ki, İran nüvə silahı əldə etməyə çox yaxındır. Rəsmi Tehran bu günə qədər istər İsrailin, istərsə də Qərbin etdiyi xəbərdarlıqlara məhəl qoymur. Aydın məsələdir ki, İran Şimali Koreya kimi nüvə silahını əldə edib geosiyasi müstəvidə əlavə dividentlər qazanmaq niyyətindədir. Bu həm də Tehrana daxili siyasətdə üzləşdiyi problemləri yoluna qoyub, ictimaiyyət nəzdində güclü dövlət imicini bərpa etmək baxımından da vacibdir.

Tural İsmayılov
İranın edilən xəbərdarlıqlara baxmayaraq uranı zəngiləşdirmək planından geri addım atmaması Qərbin və İsrailin daha ciddi addımlar atmasını zəruri edir. Hesab edirəm, rəsmi Təl-Əviv yaxın müddət ərzində İranın strateji obyektlərinə, həmçinin uranın zəngiləşdirdiyi məkanlara aviazərbələr endirəcək”.
T.İsmayılov ehtimal İran-İsrail gərginliyi fonunda Azərbaycanın atacağı addımlar haqda danışıb:
“İran-İsrail gərginliyi fonunda Tehranın gücdən düşməsi və zəifləməsi Güney Azərbaycan üçün müsbət ola bilər. İllərdir haqları tapdalanan və istibdada məruz qalan soydaşlarımız öz müqəddəratını təyin edə bilər.
Əlbəttə ki, bizə yaxın bir coğrafiyada belə bir hadisənin baş verməsi Azərbaycana təsirsiz ötüşməyəcək, ancaq ümumi baxımdan İranın zəifləməsi maraqlarımıza uyğundur.
O ki qaldı rəsmi Bakının atacağı addımlara, hesab edirəm, bu məsələdə rəsmi Bakı heç bir ölkəyə, hətta İsrailə belə ərazisindən istifadə edib başqa bir ölkəyə zərbə vurması üçün icazə verməyəcək”.скачать dle 12.1