Bia.Az

Putinin taleyi həll edilir – “Hər şey o tarixdən asılıdır…”

Gündəm
 18-04-2023, 16:05     317

Ukraynadakı müharibənin Rusiyanı iqtisadi və hərbi cəhətdən tükəndirdiyi deyilir. Dərman, silah, canlı qüvvə çatışmazlığının olduğu bildirilir.

Putini nə gözləyir? Qərb onu Ukrayna bataqlığında gömə biləcəkmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Kənan Rövşənoğlu bu fikirlərin reallığı tam əks etdirmədiyini söyləyib:

“Müharibənin Rusiyanı müflis etdiyini demək hələ tezdir. Çünki Rusiya dünyada ən böyük ərazisinə və bu ərazilərdə fantastik həcmdə ehtiyatlara malik ölkədir. Xaricə xammal satan ölkə olaraq Rusiyanın müflis olduğunu demək olmaz. Ümumiyyətlə, müasir dövrdə ölkələri sanksiyalarla diz çökdürmək mümkün deyil. Xüsusən də Rusiya kimi böyük ehtiyatları və Çin kimi qonşusu olan ölkəni. Əlbəttə, sanksiyaların təsiri var və getdikcə daha çox hiss olunacaq. Amma artıq dünyada alternativlər var və Rusiya tamamilə Qərb bazarından asılı deyil.
Dərman, silah və canlı qüvvə çatışmazlığına gəlincə, bu əlbəttə qaçılmazdır. Hazırda Rusiya çox geniş bir ərazidə – təxminən 1000 kilometrdən uzun bir cəbhədə müharibə aparır. Ölkənin nə qədər güclü ordusu olsa da, bu ağırlığa tab gətirə bilməz. Ona görə də Rusiya ciddi itkilər yaşayır”.

Politoloq Ukraynanın hücum əməliyyatının müharibənin taleyində həlledici olacağını bildirib:
“Bu müharibənin məqsədi Putini zəiflətmək, onun ambisiyalarını məhdudlaşdırmaqdır. O səbəblə də NATO Ukraynaya hər cür silah, texnika və maliyyə yardımı edir. Putinin isə geriyə yolu yoxdur, çünki çəkilərsə, ilk növbədə məğlubiyyətini etiraf etmiş olacaq, bütün günahlar onun üzərinə yıxılacaq. Bunun olmaması üçün var gücü ilə çalışacaq ki, müharibəni davam etdirsin. Ən azı əlverişli şərtlərlə anlaşmaya getsin.
Düşünürəm ki, hələlik cəbhədə heç bir tərəf hərbi üstünlüyə tam nail ola bilmədiyi üçün barışığa getmir. Bunun üçün onlardan biri ağır məğlubiyyət yaşamalıdır. Əgər Rusiya Ukraynanın gözlənilən hücumunun qarşısını ala bilməsə, o zaman Moskva barışığa gedəcək. Yaxud da Ukraynanın hücumu nəticəsiz qalarsa, o zaman Avropa Kiyevi masaya oturtmağa çalışacaq. Buna görə də hazırda hər kəs Ukraynanın hücum əməliyyatını gözləyir. Ona qədər isə bu cür səngər müharibəsi davam edəcək”.скачать dle 12.1