Bia.Az

Melkonyan: “Hektarlarla torpağı verənlər generalları günahlandırır”

Cəmiyyət
 18-04-2023, 14:46     207

“Ermənistan hakimiyyəti simvolları məhv edir, ölkədə mənəvi tənəzzül ab-havası hökm sürür. Hektarlarla torpağı təhvil verənlər indi generalları günahlandırır”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi erməni türkoloq Ruben Melkonyandır.


“Hakimiyyət təbliğat aparır ki, rəmz yoxdur, qəhrəman yoxdur, hamını nədəsə ittiham edirlər. Ermənistanda ikili standartlar kosmik həddə çatıb, ölənlərin valideynlərinə (Yerablurda əsgərlərin yanması hadisəsi - red.) zorakılıq göstərənlər cəzasız qalanda tüpürürlər (spiker Alen Simonyanla bağlı insident - red.). Bu gün qarşıda Ermənistanın mövcudluğunun saxlanıb-saxlanmayacağı məsələsi durub”, - deyə Melkonyan bildirib.скачать dle 12.1