Bia.Az

Erməni ekspertdən Paşinyanla bağlı ŞOK AÇIQLAMA

Siyasət
 17-04-2023, 12:41     271

“Ermənistandan fərqli olaraq Azərbaycan fövqəldövlət maraqlarının toqquşmasından faydalana bilib”.

Musavat.com xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan deyib.

“Bakı siyasi, iqtisadi və diplomatik arsenalını mümkün qədər şaxələndirməyə nail olub. 44 günlük müharibədən sonra Azərbaycan regionda maraqları olan bütün qütblər üçün mühüm hərbi-siyasi və maddi-texniki amilə çevrilə bildi. Azərbaycan dövlətlərin maraqlarının toqquşmasından siyasi səmərə əldə etməyi, o cümlədən gələcəkdə mövcud hakimiyyətin saxlanması üçün zəmin yaratmağı bacarıb”, - deyə Martirosyan “Conceptual Platform” proqramının efirində bildirib.

“Azərbaycan diplomatiyasının çevikliyi və Azərbaycan tərəfinin müxtəlif qütblərlə danışıqlar apara bilməsi fonunda Ermənistanın nə etdiyini təsvir etmək çox çətindir? Çünki cavab “heç nə”dir. Ermənistan təslim oldu, lakin bu, Paşinyana aiddir, xalqa deyil”, - deyə ekspert qeyd edib.
Martirosyanın sözlərinə görə, indiki hakimiyyətin yürütdüyü siyasət kontekstində Ermənistan “dayanıb bütün detallarının oğurlanmasını gözləyən köhnə gəmiyə” bənzəyir.

“Baş verən mürəkkəb geosiyasi proseslər kontekstində Ermənistan hakimiyyəti xalqı və özünü çox primitiv seçim qarşısında qoyur - Qərb və ya Rusiya. Diplomatik diversifikasiya anlayışı onlara yaddır, çünki belə bir siyasət müxtəlif maraqların aydın dərk edilməsini və buna yönəlik siyasətin işlənib hazırlanmasını nəzərdə tutur. Əvəzində Ermənistan hakimiyyəti ölkə ilə bağlı məsələlərə şərhçi statusunda düşüb. Onlar siyasətlə məşğul olmurlar”, - deyə erməni politoloq bildirib.скачать dle 12.1