Bia.Az

PRİQOJİN MÜHARİBƏNİ DAYANDIRMAĞA ÇAĞIRDI – “Vəziyyət pisləşə, Rusiya dağıla bilər”

Cəmiyyət
 17-04-2023, 11:55     218

“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin öz bloqunda Ukraynada müharibəni dayandırmağı təklif edib. O, hesab edir ki, artıq məqsədlərə nail olunub, bundan sonra müharibənin uzanması Rusiyanın dağılması üçün əsas şərt ola bilər.

Material teleqramda dərc edilib, ondan "Priqojinin papağı" kanalına keçid qoyulub. Burada isə onun mətbuat xidmətinin media sorğularına cavablar yerləşdirilib.

Priqojin bildirib ki, uzunmüddətli müharibə rus elitasından dəstək tapmır: “Dünən xüsusi əməliyyatı dəstəkləyənlərin çoxu indi şübhəli mövqeyə sahibdirlər və ya qəti şəkildə müharibənin davam etdirilməsinə qarşı çıxırlar. “Dərin dövlətin” nümayəndələri təcili olaraq öz normal həyatlarına, köhnə vərdişlərinə və rahatlığına qayıtmaq istəyirlər”.
Onun sözlərinə görə, elita daxilindəki müharibə əleyhdarları müharibənin uğurla davam etdirilməsi üçün verilən qərarları sabotaj edirlər: "İclaslarda ya susur, ya şübhələrini bildirirlər. Bürokratik prosedurlarla bağlı qərarlar verilərkən isə müəyyən hərəkətlərə ona mane olurlar".
Priqojin yazır ki, Ukrayna ordusunun gözlənilən hücumu cəbhə xəttinin yarılması ilə ilə başa çata bilər. “Vaqner” rəhbəri Rusiya ordusunun "DXR”, Dnepr və ya Polşa sərhədləri istiqamətində uğrulu əməliyyat keçirməsinin çətin məsələ olduğunu vurğulayıb.
“Belə olan halda, illərdir özünü dünyanın ən yaxşı ordularından biri hesab edən Rusiya ordusunda əvvəlcə tənəzzül əhval-ruhiyyəsi başlaya, sonra isə vəziyyət pisləşə bilər”, - PMC rəhbəri yazır.
Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı Rusiyanın ali rəhbərliyi istisna olmaqla, elitanın bütün üzvlərini təhdid edən sosial partlayışa gətirib çıxara bilər: “Xalq onsuz da bizim ən güclü ordu olmamağımıza görə günahkar axtarır. Müharibədəki məğlubiyyət ölkədaxili hadisələrin inkişafı üçün ən yaxşı variantdır”.
"Vaqner" PMC bölmələri, böyük itkilərə baxmayaraq, Ukraynadakı müharibədə Rusiya tərəfində döyüşə ən yaxşı qruplardan biri olduğunu göstərir. Bununla belə, çoxsaylı mənbələr mütəmadi olaraq Priqojin ilə Müdafiə Nazirliyi arasında münaqişələr barədə məlumat verir ki, bu da silah-sursatların tədarükünün gecikməsi ilə bağlıdır.
ABŞ kəşfiyyatının dərc edilmiş sənədlərinin birində qeyd olunur ki, Putin Priqojinlə müdafiə naziri Sergey Şoyqunu şəxsən barışdırmağa çalışıb. Priqojinin yüksək rütbəli məmurları tənqid etməsi hələ də onların karyerasına nəzərəçarpacaq dərəcədə təsir göstərməyib./azpolitika.info/скачать dle 12.1