Bia.Az

Ölümünə qol çəkənlər: – “Allahın verdiyi canı yalnız…”

Cəmiyyət
 15-04-2023, 14:43     271

Tibb elmi baxımından evtanaziya, sağalmaz xəstəlikdən dözülməz əzablar, ağrılar çəkən şəxsin həyatına xitam vermək təcrübəsinə deyilir.Bir çox ölkələr də buna qanunla icazə haqqı tanıyır.

Ötən gün isə Belçikadan sonra Niderland hökuməti də dözülməz ağrılardan əziyyət çəkən və sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlara evtanaziya hüququ verib.
Nazirlər Şurası ölkənin Səhiyyə Nazirliyinin hazırladığı və hökumət tərəfdaşları tərəfindən razılaşdırılan əsasnaməni qəbul edib. Bununla da 12 yaşa qədər uşaqlara evtanaziya hüququ verilib.
Bundan əvvəl evtanaziya üçün protokol bir yaşa qədər ölümcül xəstələrə şamil edilirdi.
Bundan sonra 12 yaşdan yuxarı uşaqlar da ümumi qaydalara uyğun olaraq könüllü olaraq həyatı tərk etmək qərarına gələ bilərlər.
Bir çox ölkələrdə buna qanunla icazə verilsə də, dində qəbul edilmədiyi haqqında söyləntilər var.
Maraqlıdır, evtanaziyaya İslam dinində icazə verilirmi?
DİA.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib ki, evtanaziya Allahın işinə qarışmaqdır:
“İslam dininə görə evtanaziya qadağandır. İnsanın özünü öldürməsi və ya başqası tərəfindən həyatına son qoyulması qətldir. Qətlin də günahı və cəzası var. Əvəzi, qisası var. Bu, ağır və çarəsiz xəstəliyə düçar olmuş şəxsin ağrılardan qurtulması üçün bəzi ölkələrdə tətbiq olunur. İslama görə Allahın insana verdiyi ağrı, əzab səbəbsiz deyil. Bəlkə axirətdə ağır əzab verməmək üçün günahlarının əvəzi olaraq bu dünyada ona əzab verir. Ona görə evtanaziya Allahın işinə qarışmaqdır. Allahın verdiyi canı yalnız Allah ala bilər”.скачать dle 12.1