Bia.Az

SON DƏQİQƏ! Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Donanma yüksək hazırlıq vəziyyətinə gətirildi

Dünya
 14-04-2023, 17:48     222

Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlik rəsmiləri və qüvvələr komandirləri ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, Şoyqu mümkün düşmən hücumlarına qarşı Sakit Okean Donanmasının müdafiə qabiliyyətini artırmaq üçün Uzaq Şərq bölgəsində qəfil yoxlamaya başlandığını bildirib.

“Bu gün (Vladivostok vaxtı ilə) saat 09:00-a olan məlumata görə, Sakit Okean Donanması bütün qüvvələri ilə döyüşə yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu yoxlamanın əsas məqsədi Rusiya Silahlı Qüvvələrinin okean və dəniz istiqamətindən düşmənin mümkün hücumunu dəf etmək qabiliyyətini artırmaqdır”, - Rusiyanın müdafiə naziri bildirib.

Hərbi təlimin Yaponiya ilə münaqişənin olduğu Kuril və Saxalin adasında keçiriləcəyini bildirən Soyqu deyib ki, "bu yolla düşmənin mümkün hücumları dəf ediləcək".

Rusiya Müdafiə Nazirliyi Sakit Okean Donanmasını qəfildən müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirdikdən sonra Kremldən açıqlama gəlib.

Kremlin sözçüsü Dmitri Peskov bunun adi bir təcrübə olduğunu və Rusiya Silahlı Qüvvələrinin müharibəyə hazır olması üçün bu istiqamətdə təcrübələrin aparıldığını bildirib.

İkinci Dünya Müharibəsinin son günlərində Rusiyanın ilhaq etdiyi Kuril adalarını Yaponiya tərəfindən Şimal əraziləri adlandırılır. Hər iki ölkənin haqq iddia etdiyi strateji əhəmiyyət kəsb edən adalar Rusiyanın nəzarətindədir.


скачать dle 12.1